Azərbaycanın bank sektorunda təhlükə; yaxın vaxtlarda bir neçə bank bağlanacaq

img

02-08-2010 [02:44]


Qlobal iqtisadi böhran ABŞ-da 5 bankın fəaliyyətinin dayanmasına səbəb olub. Bununla yanaşı, son dövrlər Azərbaycanın da bank sektorunda ciddi problemlər yaranıb. Müstəqil İnformasiya Agentliyinə açıqlama verən iqtisadçı-ekspert Qadir İbrahimli deyib ki, Azərbaycandakı bəzi bankların da müflisləşməsi qaçılmaz olacaq: ?Çünki ölkədə 46 bank var və bunun təxminən 60 faizə yaxını maliyyə sıxıntıları keçirir. Bu baxımdan, yaxın vaxtlarda ölkədəki bir neçə bankın bağlanması gözləniləndir?. Q.İbrahimli bankların birləşməsi məsələsinə də toxunub: ?Bankların birləşdirilməsi məsələsi də gündəmdədir. Bu, bir neçə ölkədə həyata keçirilib. Növbəti mərhələdə Azərbaycanda da gözlənilir ki, Mərkəzi Bank bankların birləşdirilməsi qərarını versin. Bu, variantlardan biridir. İkinci variant ondan ibarətdir ki, bir neçə bank rəsmi şəkildə müflis elan edilə bilər?. İqtisadçı-ekspertin sözlərinə görə, bütün bunlara baxmayaraq, Azərbaycanın bank sektoru iflas həddində olmayacaq. Sadəcə, hansısa bankların iflasa uğramasından söhhət gedə bilər. Bunun kifayət qədər gözlənilən və təbii proses olduğunu söyləyən iqtisadçı-ekspert, Azərbaycan banklarının yarıdan çoxunun öz işini dünya standartlarına uyğun qurmadığı və qlobal maliyyə probleminin Azərbaycana öz təsirini göstərəcəyini bildirib: ?Bu baxımdan, təmamilə gözləniləndir ki, yaxın vaxtlarda bir neçə bank müflis elan edilsin. Bu isə bütövlükdə bank sektorunun iflası demək deyil?. Vəziyyətdən çıxış yolu olmadığını deyən Q.İbrahimlinin fikrincə, banklar indidən birləşmə qərarı versələr, özlərini müəyyən qədər xilas etmiş olarlar. Bu baş tutmayacağı təqdirdə isə müflisləşmə qaçılmaz olacaq. [b]Aysel FƏRZİYEVA[/b]

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA