?Bank Standard? məhzur ?WebMoney Transfer? elektron ödəniz sisteminin Azərbaycanda rəsmi tərəfdazı oldu

img

02-08-2010 [01:44]


Bundan sonra müştərilər İnternetdə ödənişlər etmək üçün pulu öz elektron pul kisələrinə ?Bank Standard?ın filiallarında köçürə bilərlər. ?Bank Standard? müştərilərinə İnternetdə maliyyə hesablaşmalarının olduqca rahat və əlverişli üsulu olan ?WebMoney Transfer? elektron ödəniş sistemini təqdim edir. Bu sistem maksimal hesablaşma sürətini, pul vəsaitlərinin yüksək təhlükəsizliyini və toxunulmamazlığını təmin edir. Hazırda ?WebMoney Transfer? sistemi 11 milyondan artıq istifadəçini əhatə edir. Siz www.megastock.ru elektron kataloqunda toplanmış 12 mindən artıq İnternet mağazalarında bu sistemin ödəniş funksiyasından istifadə edə bilərsiniz. Eyni zamanda sistem şəxsi biznesi qurmağa və İnternet vasitəsilə ödənişləri qəbul etməyə imkan verir. ?WebMoney Transfer? sistemi vasitəsilə İnternetdə aparılan ödəniş prosesi plastik kartlarla müqayisədə daha rahat və əlverişlidir. Sistemin mühüm üstünlüklərindən kartı sifariş etməyə, bank hesabını açmağa və ya ödəniş apararkən öz şəxsi məlumatlarını açıqlamağa ehtiyacın olmamasıdır. WebMoney sistemində qeydiyyat www.webmoney.ru saytında həyata keçirilir. Burada müştəriyə Z (ABŞ dollarının ekvivalenti) və ya E (Avronun ekvivalenti) tipli elektron pul kisəsini yaratmaq və formal atestatı əldə etmək lazımdır. Daha sonra müştəri ?Bank Standard?ın istənilən filialına müraciət edərək şəxsiyyət vəsiqəsini təqdim edib öz pul kisəsinin nömrəsini və köçürmək istədiyi məbləği bildirməlidir. Vəsait dərhal müştərinin elektron pul kisəsinə köçürülür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA