Parabank kredit mütəxəssisləri vəzifəsinə izçi qəbulu elan edir

img

02-08-2010 [01:41]


Azəbaycanın Milli Bankı tərəfindən verilmiş lisenziya əsasında fəaliyyət göstərən və bütün bank xidmətləri təklif edən Parabank ASC, Ağcabədi şəhərində yerləşən ?Ağcabədi? filialına kredit mütəxəssisləri vəzifəsinə işçi qəbulu elan edir. Vakansiyaya aid olan əsas tələblərə ali təhsilin olması (bank işi, maliyyə kredit, iqtisadiyyat), azərbaycan və rus dillərində səlist danışıq bacarığı, analitik düşünmə və düzgün dəyərləndirmə qabiliyyəti, psixoloji təsir etmə qabiliyyəti ,kreditvermə və inandırma bacariğı aiddir. ?Ağcabədi? filialı fiziki və hüquqi şəxslərə geniş çeşiddə bank xidmətləri: hesablaşma-kassa xidmətləri, sərfəli şərtlərlə depozitlərin cəlb edilməsi, istehlak, o cümlədən avtokreditlər və biznes kreditlərinin verilməsi, VISA plastik kartları, mobil rabitə operatorlarının xidmətlərinin ödənilməsi, Western Union, Contact, Privat Money, Bıstraya poçta, Caspian Money Transfer,Asiya Ekspress, Zolotaya Korona kimi beynəlxalq sistemlər vasitəsilə sürətli pul köçürmə və s. xidmətləri təqdim edir. Müraciət etmək istəyənlər hr@parabank.az email ünvanına cv-lərini göndərə bilərlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA