21-07-2017 [15:02]
Seymur VERDİZADƏ
Uşaq olanda Qaçaq Nəbi haqqında yazılmış əsərləri oxuyanda, onun ömür yolundan bəhs edən filmə baxanda ağlıma gələn ilk fikir bu olurdu: kaş, mənim də belə bəxtim olaydı. Bütün sadəlövh uşaqlar kimi mən də fikirləşirdim ki, papağı güllədən deşik-deşik olan adam ancaq bəxtinin gətirməsi nəticəsində sağ qala bilər...
Bir qədər böyüyüb tarixdən, ədəbiyyatdan az-çox baş çıxarmağa başlayandan sonra anladım ki, Nəbi xalq qəhrəmanı olduğu üçün babalarımız onu öz arzularına uyğun qələmə veriblər. Baş vermiş hadisələri şişirtməyə meylli olduğumuz digər dastanlarımızda da özünü biruzə verir. Koroğlunun yeddi qazan aş yeməsi heç vaxt ağlıma batmayıb. Şükür etmək lazımdır ki, dastanda Koroğlunun yeddi qazan aşı çörəklə yediyi yazılmayıb...
İndi real qəhrəmanlarımız var. Onların silahdaşlarının, döyüşçü dostlarının əksəriyyəti sağdır, həmin dövrə işıq tuta bilərlər. Buna görə də Milli Qəhrəmanlarımız, şəhidlərimiz haqda yazılan əsərlər real faktlara əsaslanmalı, baş vermiş hadisələrin mahiyyətini ortaya qoymalıdır. Qarabağ Müharibəsi haqqında elə əsərlər yazılmalıdır ki, gələcək nəsillərin nəyisə şişirtməyinə, özlərindən döyüş səhnələri uydurmağına ehtiyac qalmasın.
Təəssüf ki, bu sahədə ciddi nöqsanlar var. Bunun başlıca səbəbi bəzi dələduzların şəhid ruhunu alver predmetinə çevirməsidir.
Bir müddət əvvəl Şəmkir rayonunun Şiştəpə kəndində olanda Aprel şəhidi polkovnik Vüqar Yusifovun ailə üzvləri ilə görüşdük. Vüqarın atası Nurəddin kişi dedi ki, bir ətək xərc çəkib oğlu haqda kitab yazdırsa da, indi həmin kitabı üzə çıxarmağa utanır. Buna səbəb müəllifin ciddi təhriflərə yol verməsi, ölümündən sonra "Vətənə xidmətə görə” medalı ilə təltif olunmuş şəhid polkovnikin keçdiyi döyüş yolunu öz təxəyyülünə uyğun qələmə almasıdır. Şəhidlərimizin valideynləri, yaxın qohumları çalışmalıdırlar ki, bu cür yaramazların toruna düşməsinlər.
Üç-dörd gün əvvəl qəzetlərin birində Aprel şəhidlərinin biri haqqında maraqlı məqalə oxudum. Yazının sərlövhəsi belə idi: "120 erməni öldürən qəhrəman”.
Aprel döyüşləri 21-ci əsr hərb tariximizə qızıl hərflərlə yazılıb. Azərbaycanın qəhrəman oğulları 3 gün ərzində 120-dən çox erməni əsgərini o dünyaya göndəriblər. Amma onların hamısını bir nəfər öldürməyib. Bu qədər şişirtməyə nə ehtiyac var? Axı, gələcək nəsillər bu gün yazılmış kitablardan, məqalələrdən qaynaq kimi istifadə edəcəklər. Onları çaşdırmağa haqqımız yoxdur!
Bu mövzuda araşdırma aparanda qarşıma daha gülünc iddialar çıxdı. Ötən ilin aprelində qəhrəmancasına şəhid olmuş zabitimizin ömür yolundan bəhs edən bir kitabda müəllif yazırdı: "O, bacarıqlı komandir idi. Özü ilə kəşfiyyata apardığı 30 nəfəri həmişə sağ-salamat geri gətirirdi”.
Bu qədər debillik olmaz! Harda görünüb ki, 30 nəfər bir yerdə kəşfiyyata getsin? Təəssüf ki, bunun mümkün olmadığını anlamağa çətinlik çəkənlər dövrümüzün "hərb səlnaməsini” yazmağa girişiblər...
Vəziyyətdən çıxış yolu var: yaxşı olar ki, hər kəs bacardığı işin qulpundan yapışsın. Məsləhətdir ki, hərb sənəti haqda ibtidai anlayışı olmayan adamlar bu mövzuda kitab, məqalə yazmasınlar. Əgər nəsə yazmaqda israr edirlərsə, heç olmasa, başı çıxan adamlarla məsləhətləşsinlər. Müdafiə Nazirliyində polkovnik Vaqif Dərgahlının rəhbərlik etdiyi peşəkar komanda fəaliyyət göstərir. Onlar bütün müraciətlərə operativ reaksiya verir, şəhidlərimiz, qəhrəmanlarımız haqda yazılan əsərlərin daha sanballı, daha dolğun olması üçün əllərindən gələni edirlər. Demək istədiyim odur ki, bilməmək ayıb deyil, bilməyib öyrənməmək ayıbdır.
Şəhidlərimiz öz bioqrafiyalarını qanlarıyla yazıblar. Onlar haqda cəfəngiyyat yazmağa ehtiyac yoxdur.
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib
Netanyahu mətbuat konfransı keçirərkən İran İsrailə raket atıb
Almaniya millisin heyəti açıqlanıb - Leroy Sane milliyə dəvət edilib
Fransa millisinin heyəti açıqlanıb
"İnter"in hücumçusu Fil Dişi Sahili millisini seçib
"Beşiktaş" öz meydançasında "Kasımpaşa"ya xal vermədi
Neftçalada avtomobil piyadanı vuraraq öldürüb