2011-ci ildə Azərbaycanda benzinin qiymətində artım gözlənilir

img

29-07-2010 [03:49]


Rusiyada benzinin qiyməti qaldırılıb. Belə ki, bu ölkənin hökümətinin qərarına əsasən 1 litr benzinin qiyməti 3 rubl artırılıb. Qeyd edək ki, Azərbaycanda da benzinin qiymətinin bahalaşdırılması mümkün sayılır. Xüsusən Avro-2 standartlarına keçiddən sonra qiymət artımının qaçılmaz olduğu bildirilir. Maraqlıdır, qonşu ölkədə benzinin bahalaşdırılması Azərbaycanda da belə bir addımın atılmasına təsir edə bilərmi? İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyir ki, benzinin qiymətinin bahalaşdırılacağı ? 1 litr benzinin 1 manata qaldırılacağı yönündə məlumatlara baxmayaraq, Dövlət Neft Şirkəti qiymət artımı ilə bağlı Tarif Şurasına müraciət etməyib: ?Avro-2 standartının tətbiqindən sonar benzinin qiymətinin artırılacağı yönündə narahatçılıq da təsdiqlənmədi. İyul ayının 1-dən sözügedən standartlara keçid hər hansı qiymət artımı barədə qərarın qəbuluna yol açmadı?. Bununla belə benzinin qiymətinin yaxın zamanlarda artırılıb-artırılmayacağı müzakirə edilən məsələlərdəndir..İqtisadçı deyir ki, Azərbaycanda benzinin qiymətinin artırılması iki faktorla bağlıdır: ?Avro-2 standartlarının tətbiqi ölkədə istehsal olunan benzinin maya dəyərinə təsir göstərmir. Çünki, Dövlət Neft Şirkətinin məlumatına görə, Azərbaycanda istehsal olunan benzin Avro-2 standartlarına uyğundur. Eyni zamanda neftin dünya bazar qiyməti hələlik Azərbaycanda benzinin qiymətinin artımına iqtisadi zəmin yaratmir. Belə ki, hazırda 1 barel neftin qiyməti dünya bazarında 70-80 dollar intervalında dəyişir?. Azərbaycanda benzinin qiymətinin artırılmasının gündəmdən çıxmadığını söyləyən V.Bayramov buna əsas kimi bir sıra səbəblər gətirir: ?2010-cu ildə Avro-3 standarının tətbiqi gözlənilmir. Növbəti aylarda neftin dünya bazar qiymətinin kəskin artımı da proqnozlaşdırılmır. Azərbaycanda Avro-2-dən yüksək standartlara keçilərsə, bu addım benzinin maya dəyərinin artmasına, eləcə də maya dəyərinin strukturunda dəyişikliklərə gətirib çıxaracaq. O baxımdan 2010-cu ilin növbəti aylarında benzinin qiymətində artımların olacağı proqnozlaşdırılmır. Lakin yenə də bildirirəm bu heç də benzinin qiymətinin artırılması məsələsinin gündəmdən çıxması demək deyil?. V.Bayramov monitorinqlərin 2011-ci ilin əvvəllərində benzinin qiymətinin artırılması məsələsinin gündəmə gətirilmə ehtimalının böyük olduğunu göstərdiyini deyir: ?Gələn ildən daha yüksək Avro standartın tətbiqi ilə bağlı qərarın verilməsi gözlənilir. Bununla da benzinin xərc strukturunda dəyişikliklər olacaq. Digər tərəfdən neftin dünya bazaar qiymətinin 70-80 dollar intervalı da Azərbaycanda benzinin maya dəyərinə təsir göstərəcəyindən ilin əvvəlində benzinin qiymətinin qaldırılması istiqamətində qərarın verilməsi ehtimalı böyükdür?. Bu arada rəsmi statistikaya əsasən hazırda satılan benzinin maya dəyəri ilə satış qiyməti arasında fərq yoxdur. Mütəxəssis deyir ki, maya dəyərlə satış arasında fərqin az olması istehsal və satışla məşğul olan neft şirkətlərinin rəsmi gəlirlərinin artımına imkan vermir: ?Bu faktorlar 2011-ci ilin yanvarından benzinin qiymətinin qaldırılacağı ilə bağlı ehtimalları gücləndirir. Güman olunur ki, Rusiyada benzinin qiymətinin qaldırılması yönündə qərarın qəbuluna baxmayaraq yaxın aylarda Azərbaycanda benzinin qiyməti artırılmayacaq. Lakin 2011-ci ildə qiyməti tənzimlənən bir sıra məhsullarda gözlənilən artımlara benzinin qiymətindəki artımlar da daxil ola bilər?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA