Parabankla Az Sığorta arasında əməkdazlıq sazizi imzalandı

img

28-07-2010 [05:30]


09.07. 2010 tarixində Parabank ASC Azərbaycanın sığorta sektorunda irəliləyən AzSığorta Açıq Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq sazişi imzalanmışdır. Bu əməkdaşlıq çərçivəsində Parabank öz müştərilərini AzSiğorta şirkətinin təqdim etdiyi Səyahət və Səfər Siğortası ilə təmin edəcək. AzSığorta ASC 2006-cı ildən etibarən Azərbaycan sığorta bazarında daim yeni sığorta məhsullarının yaradılmasını, iş prosesində innovasiyaların tətbiqini, sığorta sahəsində kütləvi təbliğat işlərinin apararaq fəaliyyətini davam etdirməkdədir. Parabank respublikanın stabil və qabaqcıl banklarından biridir, və bu əməkdaşlıq Parabankın mövcud və potensial müştərilərinə təklif edilən xidmətin keyfiyyətinin daha da yüksəldilməsi məqsədi ilə imzalanmışdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA