Keyfiyyətsiz 367 kq ərzaq məhsulları satızdan çıxarılaraq məhv edilib

img

22-07-2010 [05:39]


Azərbaycan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən növbəti monitorinq keçirilib. Nazirlikdən verilən məlumata görə, monitorinq zamanı Bakının Xətai rayonunda Babək prospekti, 9-cu dairə, 64/3 ünvanında yerləşən ?Arzu? restoranında, Sabunçu rayonunda, Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində yerləşən ?Ülvi? restoranında, Abşeron rayonunun Xırdalan şəhərində H.Əliyev prospekti, 20 ünvanında yerləşən ?Bərəkət market?də, M.Hüseynzadə küçəsi, ev 3 ünvanında yerləşən ?Şəms market?də, H.Əliyev prospektində yerləşən ?Rəsul market?də, ?Market 2003?də və ?Tərlan market?də, Xırdalan dairəsində yerləşən ?4 yol market?də, 27-ci məhəllədə yerləşən ?Seymur market?də, 27-ci məhəllə, H.Aslanov küçəsində yerləşən ?Abşeron market?də, Z.Əliyeva küçəsində yerləşən ?Yusif market?də, H.Aslanov ilə Ə.Şəfiyev küçələrinin kəsişməsində yerləşən ?Yaşar market?də, Tərtər rayonunda H.Əliyev prospektində Nəsimi Abdullayevə məxsus mağazada, Xaçmaz rayonunda M.Hüseynzadə küçəsində Ramin Ramazanova məxsus mağazada, Mingəçevir şəhərində H.Əliyev prospektində yerləşən ?Market 2007?də, Ağdaş rayonunda H.Əliyev prospektində Şirzad Məmmədova məxsus mağazada, Daşkəsən şəhərində İ.Qayıbov küçəsi, 12 ünvanında ?Miki Market?də, T.İsmayılov küçəsində Rəhman Nəcəfova məxsus mağazada, Göygöl rayonunda A.Kazımov küçəsi, 39 ünvanında Asəf Əsədova məxsus mağazada, Üçtəpə kəndində yerləşən ?Səma market?də, ümumi çəkisi 367 kq olan saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq malları, o cümlədən qənnadı məhsulları, süd və süd məhsulları, kolbasa, yağlar, konservləşdirilmiş məhsullar, sərinləşdirici içkilər, pivə, uşaq yeməkləri və s. aşkar olunub, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati tədbirlər görüləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA