21-07-2010 [01:37]
2010-cu ilin ilk altı ayı ərzində ?Bank Standard? dinamik artım göstərərək yerli maliyyə sektorunun lideri və Azərbaycanın ikinci ən böyük bankı mövqeyini qoruyub saxlamışdır. Müddətli depozit portfelinin həcmində müşahidə olunan artım banka qarşı yüksək etibarın göstəricisi kimi xüsusilə qeyd oluna bilər.
2010-cu il iyunun 30-na ?Bank Standard?ın aktivlərinin ümumi həcmi 571.9 mln. manat (711,5 mln. ABŞ dolları) təşkil etmişdir ki, bu da 2009-ci ilin müvafiq dövrü ilə müqayisədə 10% (50 560 min manat) artım deməkdir.
Müştərilərə ayrılmış kreditlərin həcmi 374,1 mln. manat (465.4 mln. ABŞ dolları) təşkil etmişdir. Beləliklə 2010-cu il ərzində kredit portfeli 3.6 mln. manat (4.4 mln. ABŞ dolları) və ya 10% artmışdır.
Müddətli depozit portfelinin ümumi həcmi 30.06.2010 tarixinə 196,7 mln. manat (244,8 mln. ABŞ dolları) təşkil etmişdir. 2009-ci ilin sonu ilə müqayisədə bu göstərici 70.4 mln. manat və ya 56% artmışdır.
Müştərilərin cari hesablarında olan vəsaitlərin həcmi 30.06.2010 tarixinə 37.4 mln. manat (46.5 mln. ABŞ dolları) təşkil etmişdir. 2009-ci ilin sonu ilə müqayisədə bu göstərici 4.1 mln. manat və ya 10% azalmışdı.
Həmin tarixə bankın məcmu kapitalı 115 min. manat (144 min. ABŞ dolları) və ya 0.2% artaraq 73,6 mln. manat (91,5 mln. ABŞ dolları) mln. manat təşkil etmişdir.
Yarımillik hesabat üzrə şərhlər
Hesabat dövrü ərzində ?Bank Standard? üçün ən mühüm hadisələrdən biri İsveçrə istehsalı ?T24? proqram təminatına keçidin tamamlaması olmuşdur. Bankın yeni sistemə keçidi prosesi proqramın mərkəzi ofisdə quraşdırılması ilə başa çatdırılmışdır. Beləliklə ?Bank Standard? Azərbaycan bank sektorunda bu proqramın ilk istifadəçisi oldu. Daha əvvəl istifadə edilən ?RS Bank 5.1? sistemini əvəz edən yeni program təminatı bütün bank əməliyyatlarının avtomatlaşdırılımasını təmin etməklə yanaşı yeni bank məhsullarının çevik və səmərəli tətbiq olunması üçün güclü zəmin yaratmışdır.
2010-cu ilin ilk yarımili ərzində ?Bank Standard? ?Azərbaycan İpoteka Fondu? ilə sıx əməkdaşlığını davam etdirmişdir. Nəticədə bankın AİF xətti ilə verdiyi ipoteka kreditlərinin ümumi həcmi 18,9 mln. manata çatmışdır ki, bu da 2009-cu ilin müvafiq göstəricisindən 2 mln. manat çoxdur. Eyni zamanda ölkədə ipoteka kreditləşməsinə start verilən vaxtdan indiyə kimi bank öz ipoteka proqramları çərçivəsində ümumi sayı 160 təşkil edən cəmi 6 mln. manat həcmində ipoteka kreditləri vermişdir. Cari ilin iyun ayında ?Bank Standard? ?ABU Park? yaşayış kompleksi ilə birgə rəqabətədavamlı faiz dərəcəsi (illik 12,5%) və müddəti (maksimum 25 il) olan yeni kommersiya yönümlü xüsusi ipoteka proqramını təqdim etmişdir.
2010-cu ilin başlanğıcından ?Bank Standard? pərakəndə bank xidmətləri sahəsindəki aktiv fəaliyyətini davam etdirmişdir. Geniş çeşidli mövcud depozit xətti ilə yanaşı bazara ?Dərhal faiz? adlı daha bir depozit məhsulu təklif olunmuşdur. ?Bank Standard?ın depozit xəttinə xas olan rəqabət qabiliyyətli və cəlbedici faiz dərəcələri həmin məhsulda da mövcuddur. ?Dərhal faiz? depozitinin fərqləndirici xüsusiyyəti isə faiz gəlirinin tamamını depozit müqaviləsinin rəsmiləşdirildiyi gün almaq imkanıdır. Bununla yanaşı, hesabat dövrü ərzində ?Bank Standard? bütün mövcud depozit məhsullarının şərtlərini optimallaşdırmışdır.
Hesabat dövrü ərzində ?Bank Standard? kredit kartlarının verilməsinə prinsip etibarilə yeni yanaşma tətbiq etməyə başlamışdır. Bu yanaşma tərzinin fərqli xüsusiyyəti kredit katının açıq kredit xəttilə veriməsi və rəsmiləşdirilmənin olduqca sadələşdirilmiş olmasıdır. Xüsusi kredit kartları seriyasından bazara ilk olaraq təqdim olunan ?Abunəçi? kredit kartı ölkə ərazisində fəaliyyət göstərən bütün mobil operatorların fakturalı xətt abunəçiləri üçün nəzərdə tutulmuşdur. Belə ki, bu kartlar orta aylıq faktura məbləği 50 manatdan çox olan abunəçilərə verilir. ?Abunəçi? kartı üzrə kredit xəttinin həcmi 10 000 manata qədər təyin ola bilər. Cari ilin sonunadək bank daha bir neçə xüsusi kredit kartı buraxmağı nəzərdə tutur.
Qeyd olunan dövr ərzində ?Bank Standard? əlverişli şərtlərə malik yeni avtomobil kreditləşmə proqramına başlayıb. Avtomobil kreditləri üzrə faiz dərəcələri 16%-dən, minimal ilkin ödəniş məbləği isə avtomobilin ümumi dəyərinin 30%-dən başlayır. ?Bank Standard? avtokreditlərinin sadələşdirilmiş şərtləri minimal sənəd paketi nəzərdə tutur və kredit müraciətindən avtomobil alqısına kimi prosesin sürətli keçməsinə imkan yaradır.
Hesabat dövrü ərzində bank işçi heyətinin peşəkar səviyyəsinin, habelə göstərilən xidmətlərin səmərəliliyinin yüksəldilməsi sahəsində səylərini davam etdirmişdir. Digər tərəfdən, Bankın rəsmi saytı vasitəsilə məsafədən əməliyyatları icra etməyə imkan verən bir sıra yeni xidmətlər, o cümlədən, ?Kommunal xərclərin ödənilməsi?, ?Onlayn plastik kart sifarişi?, ?Depozit seçimi üzrə köməkçi? xidmətləri istifadəyə verilmişdir.
Cari ilin başlanğıcından keçən dövr ərzində ?Bank Standard? təcili pul köçürmələrin həcminə görə bank sektorunun liderlərindən biri olaraq qalmağa nail olmuşdur. Hal-hazırda bank 8 beynəlxalq təcili pul köçürmə sistemi ilə əməkdaşlıq edir.
2010-cu ilin ilk yarımili ərzində ?Bank Standard? öz müştəriləri üçün hədiyyəli aksiyalar keçirmişdir. İlin əvvəlində ?Uduşlu pul köçürməsi? çoxtirajlı aksiyanın startı verilmişdir. 1000 dollar, avro və ya 30 000 rubldan başlayan məbləğdə pul köçürməsi göndərən, ya da alan müştərilər həmin aksiyada iştirak etdilər. Bu aksiya çərçivəsində hər birində bir ədəd böyük mayekristal ekranlı televizor oynanılan 4 lotereya tirajı keçirilmişdir. Həmin aksiyanın ardınca isə digər kampaniyanın startı verildi. Yeni kampaniya çərçivəsində 400 dollar və ya avrodan başlayan həcmdə pul köçürməsi göndərən, ya da alan müştərilərə mobil operatorlarının danışıq konturları şəklində hədiyyə təqdim olunur.
Bankın cari il üçün planlarında depozit məhsulları, hesab-kassa xidmətləri, təcili pul köçürmələri üzrə xidmətləri, həmçinin müxtəlif istehlak kreditləri də daxil olmaqla pərakəndə məhsul və xidmətlər spektrinin genişləndirilməsi üzrə işlərin davam etdirilməsi nəzərdə tutulur.