Bu il 132 min 945 ailə ünvanlı dövlət sosial yardımı alıb

img

20-07-2010 [04:11]


İyulun 20-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 2010-cu ilin birinci yarısının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. Tədbirdə nazir Füzuli Ələkbərov bildirib ki, hesabat dövründə 132 min 945 ailə ünvanlı dövlət sosial yardımı alıb. Hər ailəyə ayda orta hesabla 112,98 manat ödənilmişdir. 41 min 206 ailə ilk dəfə ünvanlı sosial yardım alır. Bu da yardım alanların 31 faizini təşkil edir. Vurğulanıb ki, cari ilin ilk 6 ayında Lənkəranda 36, Cəlilabadda 16 və 36, Bakının Qaradağ rayonunda 81 mənzilli yaşayış binaları inşa edilərək əlil və şəhid ailələrinin istifadəsinə verilib. Bakının Yasamal, Sabunçu və Xəzər rayonlarının hər birində 81, Gəncə şəhərində, Balakən, Quba və İsmayıllı rayonlarının hər birində 36 mənzilli yaşayış binalarının tikintisi davam etdirilib. İndiyədək 3 mindən artıq əlil və şəhid ailəsi dövlət hesabına mənzillə təmin olunub. Diqqətə çatdırılıb ki, hesabat dövründə əlilliyin artım dinamikası azalmış, işaxtaran vətəndaşların əksəriyyəti münasib işlə təmin edilib. Əmək qanunvericiliyinə dair 5 min 31 qanun pozuntusu aşkarlanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA