08-06-2017 [13:15]
Məhəmmədəli QƏRİBLİ
Azinforum.az
Yaxından tanıdığım Qarabağ qazisi olan bir dostum var. Onun tez-tez bir şəhidin məzarını ziyarət etdiyinin şahidi oluram. Əvvəl elə bilirdim ki, ziyarətinə getdiyi məzar yaxın qohumuna məxsusdur.
Sonra bəlli oldu ki, bir yerdə döyüşüblər və rəhmətə gedənlə dostumu heç bir qohumluq telləri bir-birinə bağlamır. Qazini həmin məzarın başına bir neçə dəfə də mən aparmışam. Bir gün ağlaya-ağlaya həmin cavan oğlanın necə şəhid olduğundan mənə danışdı. Dedi ki, müharibədə bir yerdə döyüşüblər:
"Bizim batalyonda belə bir tendensiya hökm sürürdü. Subay uşaqlar ailəli olanları öz canlarını sipər edərək qoruyurdular. Əməliyyata gedəndə bizi qoymurdular ki, sizin ailəniz var. Yəni bu oğlan da qarışıq olmaqla bir neçə gənc bizim yerimizə hər an ölməyə hazır olduqlarını bəyan edirdilər. Allahın qismətidi, o şəhid oldu, mən qaldım. Həmin vaxtdan elə bilirəm ki, o mənim yerimə ölüb, mən isə onun əvəzinə bu dünyada yaşayıram”.
Belə nümunələr çox olmasa da, tapıb göstərmək olar. Bu hadisəni dünən redaksiyaların birində ev almaq üçün jurnlaistlərin siyahısının müəyyənləşməsilə bağlı oxuduğum xəbərdə rastlaşdığın sevindirici nüansla bağlı xatırlamağa məcbur oldum.
Xəbərdə yazılırdı ki, redaksiyadan ev almaq üçün 30 illik iş stajı olan və mənzil almaqla bağlı ehtiyac meyarlarına tam uyğun gələn jurnalist Pərviz Cəbrayılın namizədliyini irəli sürüblər, o isə bu təklifdən ümumiyyətlə evi olmayan jurnalistlərin xeyrinə imtina edib.
Buna sıradan bir hadisə kimi yanaşmaq olmaz və açığını deyim ki, hər adam belə ürəyə sahib də deyil. Xüsusilə də belə hadisənin imtina mədəniyyəti zəif formalaşdığı cəmiyyətimizdə baş verməsi təəccüblü sayılmaya bilməzdi. Gündəlik həyatımızda hətta ehtiyacı olmayan adamların dünya malına necə həris olduğu ilə bağlı nümunələrlə tez-tez rastlaşırıq. Səhv etmirəmsə, bir dəfə dostumuz, istedadlı qələm sahibi Aydın Canıyev imtina mədəniyyətimizin zəif olması ilə bağlı şedevr bir yazı yazmışdı. İmkan olsa həmin yazını tapın və oxuyun.
Dünyada isə yüksək puldan, ali nominasiyalardan imtina halları az olmayıb. Maddi ehtiyac içində boğulan bir necə dünya klassikinin "Nobel” mükafatından imtina etməsi hadisəsini də bu sıraya aid edə bilərik. Halbuki, həmin mükafatın təkcə qonarar fondu 1 milyon dollara yaxın məbləğ təşkil edir və həmin rəqəmlə bir ailəni deyil, bütöv nəsli ayağa qaldırmaq mümkündür. İmtina mədəniyyəti deyəndə ölkəmizdə olan belə halların da üstündən sükutla keçə bilmirəm. Hesab edirəm, belə nümunələr mütləq cəmiyyətə aşılanmalıdır.
Məsələn, deputat mandatı uğrunda ölüm-dirim savaşına girildiyi, insanların hətta buna görə əqidəsini belə dəyişməyə hazır olduğu bir məmləkətdə biz mandatı qazanan və ondan imtina ilə bağlı nümunələrə də rast gəlmişik. Bu xüsusda Lalə Şövkətin, Mirmahmud Mirıloğlunun adlarını qeyd etmək yerinə düşər. İmtinanın siyasi səbəblərini tam kənara qoyuram.
Etiraf edək ki, təkcə depuatların sahib olduğu imtiyazlar və əmək haqqından imtina edə bilmək üçün də Pərviz Cəbrayıl kimi ürəyə sahib olmalısan. Əminəm ki, namizədliyinin irəli sürülməsinə icazə versəydi, Pərviz bəyin ev almaq şansı hamıdan üstün olardı. Deməli, həmkarımız faktiki olaraq özünün də ehtiyacının olduğu mənzildən ümumiyyətlə evi olmayanların xeyrinə imtina edib.
Mən Pərviz bəyin etdiyi bu cür nümunəvi hərəkəti mən döyüş yoldaşlarının əvəzinə özünü güllə qabağına verməyə hazır olan şəhidimizin fədakarlığına bənzədirəm.
Əminəm ki, cəmiyyətimizdə belə nümunələr tez-tez olur, ancaq nədənsə onların təbliğ olunmasından sanki çəkinirik. Unutmayın ki, nümunəvi addımları təqdir etməklə, biz həm də cəmiyyətimizi saflaşdırmış oluruq…
Komitə sədri 37 yaşlı xanımı yüksək vəzifəyə təyin etdi
Əri Bahar Muradovadan yazdı: "Biz bir daha sübut etdik ki..." + FOTO
Saatlıda 50 yaşlı şəxs bıçaqlanıb
PREZİDENTİN AİLƏSİNİ ŞANTAJ EDƏN ŞƏXS SAXLANILDI: o, kimdir? - VİDEO
İran müharibəsi və daralan səmalar - Azərbaycan hava geopolitikasının mərkəzində (TƏHLİL)
Lalə Azərtaşın proqramında təqdim olunan həkimlər...
Moskvadan Bakıya uçan təyyarə quşlarla toqquşub - Göyərtisində kimlər olub? + VİDEO
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
YENİ YAŞ: ATA YOLUNUN LAYİQLİ DAVAMŞISI...
İran prezidenti: "Biz sizinlə münaqişəyə girmək fikrində deyilik”
Kamran Əliyevə ağır itki üz verib
Güclü yağış yağacaq - Xəbərdarlıq
Azərbaycan nefti 123 dollara qalxdı
Azercell Könüllüləri Novruz və Ramazan bayramları münasibətilə xeyriyyə yarmarkası təşkil edib
BU MƏZUNLARA RÜTBƏ VERİLƏCƏK
Qurbanovun bayram belə yadından çıxdı
Rəşad Sadıqov klub rəhbərlərini belə günahlandırdı - Baş məşqçidən cəsarətli sözlər
YENİ NAZİR MÜAVİNİ TƏYİN EDİLDİ
Azərbaycan XİN Tunisi təbrik edib
Ötən gün qanunsuz saxlanılan 15 avtomat, 22 tüfəng aşkarlanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki təhlükəsizliyi müzakirə edib
Səudiyyə Ərəbistanı: Ərazimizə 41 PUA və 3 raket hücumu keçirilib
İran: Əli Məhəmməd Naini bu səhər öldürülüb
"Mançester Yunayted" "Nyukasl"ın kapitanını heyətinə qatmaq istəyir - 80 milyon avro
Sabahın hava proqnozu açıqlanıb
Şahbaz Şərif: İlham Əliyevlə danışığımda azərbaycanlı qardaş və bacılarımızla həmrəyliyimi təsdiq etdim
Konfrans Liqası: 1/4 finalda oynayacaq komandalar bəlli olub
Avropa Liqası: 1/4 finala yüksələn komandalar bəlli oldu
Sergen Yalçın: "Qaldığımız yerdən davam edəcəyik"
Ukraynanın Bakıdakı səfirliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Avropa İttifaqının Nümayəndəliyi Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 33 nəfər tutulub
Ötən gün itkin düşən 14 nəfər tapılıb
Azərbaycan nefti 122.7 dollara satılır - 4.91 dollar bahalaşdı
Qazaxıstan rəsmi olaraq yeni konstitusiya qəbul edib
"Real Madrid" Tibo Kurtua ilə bağlı açıqlama yaydı
"Nyukasl" "Lens"in gənc qapıçısı ilə maraqlanır
Küveyt: İrandan 18 PUA hücumu həyata keçirilib, 13-ü məhv edilib