Müsəlman ölkələrinin Qətəri "boğması" neftin qiymətinə necə təsir edəcək?

img

05-06-2017 [17:47]


"Qətər ətrafında diplomatik gərginlik neft qiymətlərinə böyük təsir göstərməyəcək".

Bunu Trend-ə Böyük Britaniyanın "Capital Economics” konsaltinq şirkətinin iqtisadçısı Tomas Pyu deyib.

Onun sözlərinə görə, Qətər iri neft istehsalçılarından deyil. Qətər sutkada 0,6 milyon barrel neft istehsal edir. "Amma ölkə dünyada ən iri mayeləşdirilmiş təbii qaz ixracatçısıdır. Ona görə, bu gərginlik qaz bazarına təsir göstərə bilər. Əgər Fars körfəzinin digər ölkələri Qətər tankerlərinin körfəzdən çıxışının qarşısını alsalar, Qətərdən qaz tədarükü dayandırıla bilər”.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.

Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya və Maldiv də qoşulub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA