SOCAR 5 ay ərzində nə qədər məhsul ixrac edib? – Rəsmi faktlar

img

01-06-2017 [19:56]


SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2017-ci ilin may ayında 9 min 996 ton dizel yanacağı, 1 min 783 ton təyyarə yanacağı, 7 min 746 ton yüksək təzyiqli polietilen, 1 min 184 ton mütləqləşdirilmiş izopropil spirti, 6 min 178 ton maye piroliz qətranı, 2 min 911 ton propilen və 2 min 84 ton butilen butadien fraksiyası ixrac edib.

Mia.az SOCAR-a istinadən xəbər verir ki, ümumilikdə, 2017-ci ilin yanvar-may ayları ərzində 262 min 914 ton dizel yanacağı, 20 min 606 ton təyyarə yanacağı, 117 ton soba mazutu, 40 min 339 ton yüksək təzyiqli polietilen, 5 min 532 ton mütləqləşdirilmiş izopropil spirti, 28 min 100 ton maye piroliz qətranı, 17 min 7 ton propilen və 12 min 167 ton butilen butadien fraksiyası ixrac edilib.

2017-ci ilin may ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) – 520,58 dollar, təyyarə yanacağının – 471,86 dollar, dizel yanacağının – 442,95 dollar, 1 faizli kükürdlü mazutun – 299,83 dollar, yüksək təzyiqli polietilenin – 1222,50 dollar, butilen butadien fraksiyasının – 635,27 dollar, maye piroliz qətranının – 520,58 dollar, propilenin qiyməti – 880 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti – 1592,50 avro təşkil edib.

 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA