Avronun manata nisbətən məzənnəsinin yüksəlməsi dollara nisbətən kursunun artması ilə bağlıdır

img

13-07-2010 [03:58]


Azərbaycanın valyuta bazarında avronun manata nisbətən məzənnəsində son günlər ciddi artımlar müşahidə edilir. Ötən ayın sonlarında 1 avronu 97 qəpiyə satan valyuta dəyişmə məntəqələri indi bunun üçün 1, 02 manat tələb edirlər. İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun bildirib ki, avronun manata nisbətən məzənnəsinin yüksəlməsi bu valyutanin dollara nisbətən kursunun artması ilə bağlıdır. Avronun dollara nisbətən məzənnəsinin yüksəlməsi isə ABŞ-da 5 aylıq iqtisadi yekunların elan edilməsi ilə bağlıdır: ? Amerikada iqtisadi yekunların elanından sonra bəlli oldu ki, son 5 ayda bu ölkədə işsizlik problemi dərinləşməkdədir. İqtisadi inkişafla bağlı proqnozlar, 5 aylıq yekun Amerikada böhranın başa çatması və dayanıqlı iqtisadi inkişafın bərqərar olması istiqamətində proqnozları alt-üst edib. Amerika iqtisadiyyatında müşahidə olunan problemlər dolların avroya nisbətən məzənnəsinin düşməsinə gətirib çıxarıb?. İSİM rəhbərinin fikrincə, avronun manata nisbətən yüksəlməsi Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmür: ?Əvvəlla, bu avro ilə saxlanan valyuta ehtiyatlarının manatla ifadə artmasına səbəb olur. Ancaq, bu heç də avronun dollara nisbətən məzənnəsinin aprel-may aylarındakı kəskin azalmasından dəyən ziyanın ?konpensasiya edilməsi? anlamına gəlməməlidir. Bununla yanaşı, avronun məzənnəsinin yüksəlməsi avro zonadan Azərbaycana idxal edilən məhsulların qiymətinin artmasına gətirib çıxara bilər. Bu isə ?Avropa mallarının? Azərbaycanda daha bahalı satılmasına səbəb olacaq. Son məzənnə yüksəlmələri bir sıra xidmətlərin eləcə də təyyarə biletlərinin qiymətinin artmasına səbəb olacaq. Bu isə təbii ki, yay mövsümündə xaricdə istirahət etmək istəyənlər üçün heç də xoş sürpriz olmayaq?. İqtisadçı-alimin fikrincə, avronun manata nisbətən son yüksəlişi yerli iş adamlarının ixrac qabiliyyətinin artırmaq üçün kifayət deyil. Əvəlla, hələ də avro ilə manatın məzənnəsi valyuta bazarının diqtə etdiyi tarazlıq deyil. Bu isə təbii ki, manatın dollara nisbətən məzənnəsinin iqtisadi baxımdan əsaslandırılmamış olması ilə bağlıdır. İkincisi, son dəyişikliklərdən sonra da avro zonada Azərbaycan məhsulları ?bahali məhsullar? statusunu qoruyub saxlayır ki, bu da onların rəqabət imkanlarını azaldır. V. Bayramov bildirib ki, Mərkəzi Bankın məzənnə siyasətinə yenidən baxması və sərt siyasətdən yumşaq valyuta siyasətinə keçməsi olduqca vacibdir. İndiki inzibati və sərt valyuta siyasəti ixracı stimullaşdırmamaqla yanaşı qeyri-neft sektorunun inkişafını tormozlayır. İqtisadçı hesab edir ki, Amerika iqtisadiyyatında müşahidə edilən problemlər, eləcə də Avropada müəyyən canlanma meyillərinin yaradılması, böhranın da çox müşahidə olunduğu Yunanıstanda bir sıra dövlət müəssisələrinin özəlləşdirilməsi yönündə qərarlar və böhrandan çıxış üçün dövlət səhmlərinin buraxılması avronun mövqelərinin möhkəmlənməsinə pozitiv təsir göstərib: ?İqtisadi və Sosial İnkişaf Mərkəzi avronun məzənnəsinin iyul ayında müəyyən qədər möhkəmlənəcəyi yönündə proqnoz vermişdi. Əslində bu proqnoz Amerikanın 5 aylıq yekunlarında müəyyən iqtisadi problemlərin, o cümlədən bu ölkənin iqtisadiyyatı ilə bağlı narahatçılıq meyillərinin üzə çıxacağı istiqamətində gözləntilərə əsaslanırdı. Eyni zamanda valyuta bazarında bazarında müəyyən spekulyatıv məzənnə aşağı salmalarından sonra məzənnənin yüksəlməsi müşahidə edilir. Bütövlükdə avronun məzənnəsinin dəyişməsi həm Amerika Birləşmiş Ştatları, həm Avropa Birliyində elan edilən yarımillik yekunlardan asılı olacaq:? Güman edilir ki, artıq iyulun sonunda avronun dollara nisbətən məzənnəsi ilə bağlı tam proqnoz vermək mümküm olacaq. Çünki yarımillik yekunlar avronun dollara nisbətən uzunmüddətli məzənnəsinin formalaşmasına gətirib çıxaracaq. Yaxın vaxtlarda avro indiki mövqeyini qoruyub saxlamağa çalışacaq. Bu isə o deməkdir ki, avronun manata nisbətən məzənnəsi son günlər indiki məzənnə ətrafında stabilləşəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA