ilham Əliyev Səhiyyə Nazirliyinin əsaslı təmir olunan inzibati binası ilə tanız olub

img

09-07-2010 [12:32]


İyulun 9-da Azərbaycan Prezidenti İlham Əliyev Səhiyyə Nazirliyinin əsaslı təmirdən sonra yeni inzibati binası ilə tanış olub. Prezidentə məlumat verilib ki, ümumi sahəsi 12 min kvadratmetr olan inzibati binada nazirliyin əməkdaşlarının fəaliyyəti üçün hər cür şərait yaradılıb. Üçmərtəbəli binanın birinci mərtəbəsində vətəndaşların qəbulu şöbəsi, elektron kitabxana və köşk, monitorinq mərkəzi, 200 nəfərlik akt zalı var. İkinci mərtəbədə Bakı Şəhər Baş Səhiyyə İdarəsi yerləşir. Üçüncü mərtəbədə Fövqəladə Hallar Nazirliyi ilə əlaqəli fəaliyyət göstərən Böhran Mərkəzi yerləşir. Böhran mərkəzindəki elektron xəritə vasitəsilə 103 xidməti haqqında bütün məlumatı əldə etmək olar. Bundan əlavə, bu mərtəbədə kollegiya zalı və Səhiyyə Nazirliyinin muzeyi yerləşir. Prezident İlham Əliyev yaradılmış şəraiti yüksək qiymətləndirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA