Parabank-ın Gənclik filialının adı dəyizdirilib ?Nizami? filialı adlandırılaraq yeni ünvana köçürüldü

img

07-07-2010 [11:48]


Parabank-ın Bakı şəhəri Xocalı küçəsi 37 ünvanında yerləşən Gənclik filialının adı dəyişdirilib ?Nizami? filialı adlandırılaraq yeni ünvana köçürüldü. Nizami rayonu, Q.Qarayev prospekti 27 A ünvanına köçürülən filial artıq ?Nizami? filialı adı altında fəaliyyətini davam etdirəcək. Filialın yerinin dəyişdirilməsinə əsas səbəb bank tərəfindən əhaliyə göstərilən xidmət sisteminin təkmilləşdirilməsidir. Bankın yeni ofisi, iş günləri 09:00-dan 18:00-dək müştərilərə xidmət göstərir. ?Nizami? filialı müştərilərə istehlak, biznes kreditləri, əmanətlər, valyuta mübadiləsi, ?VISA? plastik kartları, ?Western Union?, ?PrivatMoney?, CMT (Caspian Money Transfer) ,???????? ??????, ?Azia Express? , ?Zolotaya Korona?, ?Contact?, ?Migom? təcili pul köçürmələri üzrə geniş bank xidmətləri təqdim edir. Bununla yanaşı, filialda yerləşən ATM, 24 saat ərzində nağd pulun çıxarılması, kommunal, mobil rabitə xidmətlərinin ödənişini təmin edir. Bankın hal-hazırda ölkə üzrə 18 filialı mövcuddur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA