"SOCAR" və "BP-Azərbaycan" yeni saziz imzalayıb

img

06-07-2010 [06:04]


Bu gün "SOCAR" və "BP-Azərbaycan" şirkətləri arasında ?Şəfəq?-?Asiman?dəniz blokları üzrə hasilatın pay bölgüsü ilə bağlı əsas kommersiya prinsipləri üzrə saziş imzalanıb. ARDNŞ-ın mətbuat xidmətindən verilən məlumata görə, sazişi ARDNŞ prezidenti Rövnəq Abdullayev və ?BP-Azərbaycan? şirkətinin prezidenti Rəşid Cavanşir imzalayıb. SOCAR-ın baş ofisində şirkətin prezidenti Rövnəq Abdullayev və ?BP? qrupunun prezidenti Toni Heyvard arasında görüş də keçirilib. Görüşdə çıxış edən ARDNŞ prezidenti Rövnəq Abdullayev BP-nin Azərbaycanda əməliyyatçısı olduğu layihələrdən söhbət açıb və birgə planların uğurla davam etdiyini vurğulayıb. ?BP? Qrupunun prezidenti Toni Heyvard təmsil etdiyi şirkətin ARDNŞ ilə əməkdaşlığından məmnunluğunu ifadə edib, Azəri-Çıraq-Günəşli və ?Şahdəniz? neft və qaz, eləcə də Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri layihələrinin Azərbaycan, region və qlobal enerji bazarları üçün əhəmiyyətindən danışıb. Qeyd edək ki, BP və ARDNŞ Xəzər dənizinin Azərbaycan sektorunda ?Şəfəq? və ?Asiman? perspektiv strukturlarının birgə geoloji-kəşfiyyatı və işlənməsinə dair "Qarşılıqlı anlaşma haqqında" memorandumu 2009-cu ildə Londonda imzalanıb. Sazişin qüvvədə olma müddəti cari ilin iyulunda başa çatır. Bu memorandum "BP"yə Bakıdan təxminən 125 kilometr (78 mil) cənub-şərqdə yerləşən həmin blokun geoloji-kəşfiyyatı və işlənməsi üzrə hasilatın pay bölgüsü sazişi bağlamaq üçün danışıqlar aparmağa müstəsna hüquq verib. Bu blok təxminən 1100 kvadrat kilometr ərazini əhatə edir və orada indiyədək heç bir geoloji-kəşfiyyat işi aparılmayıb. Blok dənizin dərin sulu hissəsində, suyun dərinliyinin təxminən 650-800 metr olduğu bir ərazidə yerləşir və kollektorun dərinliyi təxminən 7000 metrdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA