Belarus Azərbaycandan aldığı 200 milyon dolları qaytarıb

img

01-07-2010 [04:04]


Belarus 12 gün bundan qabaq Rusiyanın ?Qazprom? şirkətinə olan borcunu ödəmək üçün Azərbaycandan aldığı 200 milyon dollarlıq vəsaiti geri qaytarıb. Bu barədə ?İnterfaks-Zapad? agentliyi maliyyə qurumlarındakı mənbəyə istinadən məlumat verib. ?Bu gün səhər Azərbaycandan borc kimi 12 günlüyə alınan bütün məbləğ ödənilib?, deyə mənbə bildirib. Onun sözlərinə görə, alınan vəsaitin qaytarılması üçün son müddət iyulun 5-i olub. Lakin ?qəfil qərar verilib ki, bu gün haqqında danışılan borcla üzülüşülsün?. Xatırladaq ki, ötən həftənin cümə günü Belarus prezidenti Aleksandr Lukaşenko bəyan etmişdi ki, ölkəsinin ?Qazprom?a olan borcunu ödəmək üçün Azərbaycandan 200 milyon dollar borc alıb. Həmin vəsait hesabına Belarus Rusiyaya olan borcunu ödəyib. Sonrakı müddətdə isə Rusiya da Belarusa Avropaya qaz tranzitinə görə olan borcunu verib. Və nəticədə növbəti ?qaz müharibəsi?nin böyüməsinin qarşısı alınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA