?UNiBANK? Britaniya funt sterlinqi ilə ifadə edilmiz ViSA plastik kartlarının emissiyasina bazladı

img

30-06-2010 [11:57]


?Unibank? ASC mikroçip əsasında, Britaniya funt sterlinqlərində (GBP) ?VISA? plastik kartlarının emissiyasına başladı. Yeni ?VISA? smart-kartı, işküzar və ya şəxsi məqsədlərlə tez-tez Böyük Britaniyaya səfər edənlər və bu ölkədə hesablaşmalar üçün ödəniş kartından fəal istifadə edənlər üçün nəzərdə tutulub. Məhsulun unikal xüsusiyyəti tranzaksiyaların yerinə yetirilməsi zamanı konvertasiyanın olmaması sayəsində hesab üzrə ingilis funtlarında əməliyyatların yerinə yetirildiyi zamanı məbləğlərin hər hansı bir komissiya olmadan əks olunmasıdır. Bu, ?Unibank?ın müştərilərinə, konvertasiya üçün vəsait itirməməyə, habelə alqı və ya xidmətin ödənilməsi anında kart hesabından silinəcək dəqiq məbləği bilməyə imkan verir. Bundan əlavə, valyuta bazarlarında məzənnələrin dəyişməsi zamanı, yeni kartların sahiblərində artıq, meydana gələ biləcək məzənnə fərqləri üçün ehtiyat qismində, hər hansı əlavə məbləğın ödənilməsi zərurəti olmayacaq. Məhsulun Azərbaycanda unikal olmasına baxmayaraq, yeni ?VISA? kartlarının buraxılması üzrə tariflər, ödəniş səviyyəsinə görə digər bu cür kartlardan çox da baha deyil. Belə ki, Britaniya funtlarında olan ?VISA Electron?, ?VISA Classic?, ?VISA Gold? və ?VISA Platinum? kartlara illik xidmətin dəyəri, müvafiq olaraq 10, 15, 70 və 100 GBP təşkil edir. Eyni zamanda, kart hesabına müştəri tərəfindən qoyulan sığorta depozitinin minimal məbləği 50 funta bərabərdir. ?Viza? smart-kartlarının (mikroçip bazasında) qüvvədə olma müddəti 1 ildən 4 ilə qədərdir. İngilis funtlarında olan kartlar ?Viza? çip kartlarına xas olan bütün üstünlüklərinin məcmusuna malikdirlər və mümkün olan əməliyyatları, ekvayerlərin məhdudiyyəti olmadan, həyata keçirmək imkanı verirlər. Başqa sözlə, onlar təkcə Böyük Britaniyada yox, bütün dünyada ticarət məntəqələrində, bankomatlarda və nağd pulun verilməsi məntəqələrində qəbul edilirlər, İnternet-mağazalarda alınmış mallar və xidmətləri ödəməyə imkan verirlər, poçtla və telefonla sifarişlər həyata keçirməyə (mehmanxanaları, aviabiletləri bronlaşdırmağa, avtomobili icarəyə götürməyə və s.) imkan verirlər. GBP-də olan yeni kartların əldə edilməsi üçün əlavə həvəsləndirmə amil kimi ötən həftə ?Unibank?da start götürmüş ?VISA günləri? aksiyasıdır. Onun şərtlərinə görə, 20 GBP məbləğində hər bir tranzaksiya plastik kart sahiblərinə, tirajları 15 iyulda, 10 avqustda və 1 sentyabrda keçiriləcək lotereyada, Antalyaya üç turdan birini və digər mükafatları udmaq şansı verir. Qiymətli kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatdan keçmiş lotereyanın qaydalarına müvafiq olaraq, ən azı 20 ingilis funtu həcmində yerinə yetirilən hər əməliyyat, Bank tərəfindən uduş üçün bir şans kimi qiymətləndiriləcək. Müvafiq olaraq, əməliyyatların sayı və həcmi artdıqca, britaniya funtlarında olan ?VISA? kartları sahiblərinin qələbəyə şansı da artır. Qaliblər və mükafatların sahibləri kompüter proqramının köməyi və Münsiflər heyətinin iştirakı ilə, təsadüfi seçim üsulu əsasında, müəyyən ediləcək. Onu da qeyd etmək lazımdır ki, hər bir ?VISA? kart sahibi, ?Unibank?ın artıq onlarla ticarət və pərakəndə satış şəbəkələrini, restoranlar, mehmanxanalar, gözəllik salonları, lyuks brendli ətriyyat və digər mağazaları birləşdirən Endirim klubunun üzvü olur. Bankın diskont proqramları, ?VISA günləri? kampaniyasının şərtləri və ?Unibank?da smart-kartların sifariş edilməsi üzrə əlavə məlumatı (012) 117 nömrəli telefonla əldə etmək olar. Vüqar İsrafilov PR koordinator Telefon: (99412) 498 22 44 Faks: (99412) 498 09 53 Vugar.Israfilov@unibank.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA