AZAL biletlərin alınması zamanı problem yarana biləcəyinə dair xəbərdarlıq edib - VİDEO

img

09-04-2017 [15:15]


"Azərbaycan Hava Yolları" QSC (AZAL) öz sərnişinlərinə və veb-saytının istifadəçilərinə xəbərdarlıq edib.

AZAL-dan verilən məlumata görə, xəbərdarlıqda bildirilir ki, "Amadeus" sisteminin yenilənməsi ilə əlaqədar olaraq, bəzi cihazlarda saytdakı informasiyanın təsvirində problemlər yarana bilər.

"Nəticədə aviabiletlərin əldə edilməsi prosesində çətinliklər ilə qarşılaşa bilərsiniz. Bu cür problemlərlə rastlaşan istifadəçilərdən veb-saytın açılışından öncə brauzerin keşini təmizləməyi tövsiyə edirik. Suallarınız yaranarsa, 24 saat çalışan çağrı mərkəzinə müraciət edə bilərsiniz: callcenter@azal.az",- deyə məlumatda bildirilir.

Şirkət müvəqqəti narahatlığa görə üzr istəyir.

Müxtəlif brauzerlərdə keşin təmizləməsi üzrə təlimat aşağıdakı videoda təqdim edilib:



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA