Azərbaycanda yumurtanın qiyməti 50 faiz ucuzlaşdı - VİDEO

img

02-04-2017 [23:52]


Yumurtanın qiymətində ucuzlaşma müşahidə edilir. 

Mia.az "Xəzər TV”yə istinadən xəbər verir ki, əvvəllər 17-18 qəpiyə satılan yumurta indi 7, 8, 9qəpikdən təklif edilir. Satıcılar bunu məhsul bolluğu ilə əlaqələndirir. Həm bazarda, həm də marketlərdə yumurtalar böyüklüyündən asılı olaraq, artıq bu qiymətdən satılır. Məhsulun qiyməti son bir neçə gündə kifayət qədər ucuzlaşıb.

Satıcılar bunu quşculuq şirkətləri arasındakı rəqabətlə izah edirlər. Ucuzlaşma kənd yumurtalarında da özünü göstərir. Satıcılar qiymətin ucuzlaşmasını məhsul bolluğu ilə əlaqələndirirlər. Vəziyyətdən isə həm alıcılar, həm də satıcılar məmnundurlar.

Quşçular cəmiyyətinin sədri Aydın Vəliyev də yumurtanın qiymətinin aşağı düşməsinin istehsalın artması ilə əlaqəli olduğunu bildirdi. Sədr qeyd etdi ki, bu məhsulun qiyməti istehsalçılardan asılıdır və cəmiyyət bu məsələyə nəzarət etmir. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA