Rövnəq Abdullayev İrandadır - Birgə neft-qaz layihələrində iştirak müzakirə olunub (FOTO)

img

08-04-2017 [17:02]


Aprelin 8-də İrana səfər etmiş SOCAR-ın prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti İran İslam Respublikasının neft naziri Bijan Namdar Zənganə ilə görüş keçirib.

Mia.az SOCAR-a istinadən bildirir ki, görüşdə Azərbaycan və İran arasında neft-qaz sektorunda əlaqələrin cari vəziyyəti və perspektivləri müzakirə edilib, əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar olduğu bildirilib.

Tərəflər İranda həyata keçirilən neft-qaz layihələrində SOCAR-ın iştirakı, qaz ticarəti sahəsində əməkdaşlıq, üçüncü ölkələrdə birgə layihələrin mümkünlüyü məsələlərini nəzərdən keçirib, ətraflı fikri mübadiləsi aparılıb.

Yekunda müzakirə olunan mövzular üzrə araşdırma və təmasların işçi qaydada davam etdirilməsi qərara alınıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA