Bankların növbəti quldurluğu: 3600 manat kredit götürdü, 17 000 manat ödədi (VİDEO)

img

03-04-2017 [14:24]


Vətəndaş bankdan götürdüyü krediti ödəyib qurtara bilmir

Mia.az "Xəzər xəbər”ə istinadən xəbər verir ki, Bərdə sakini Faleh Həmzəyev, eyni bankdan ümumilikdə 3600 olmaqla 3 dəfə kredit götürüb. Adı problemli kreditlər siyahısına düşdüyündən ödəniş pensiya kartına yönəldilib. O, 4 il 7 aydır ki, pensiya kartındakı pulun hamısının kreditlərin aylıq ödəniş üçün tutulduğunu idda edir.

Kredit müqaviləsini itirən Faleh Həmzəyev, 4 ildir banka 17 min manata yaxın pul ödədiyini deyir. Banka, müqavilə və ödəniş cədvəli üçün yaxınlaşdıqda isə imtina cavabı aldığını bildirir.

Mübahisəli məsələ olduğundan mütəxəssilər şəxsin, əvvəlcə rəsmi sənədləri toplamalı olduğunu deyirlər. Yalnız bundan sonra ödənilən məbləğlə borc arasındakı qiymət fərqi ortaya çıxa bilər.

İcra haqqında qanuna görə isə, pensiya kartının maksimum 50 faizi aylıq ödənişlərə cəlb edilə bilər.

Faleh Həmzəyev hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilər.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA