Dağlıq Qarabağda pulköçürmə əməliyyatları həyata keçirən ödəniz sistemlərinin Azərbaycanda fəaliyyəti dayandırılacaq

img

29-06-2010 [01:40]


İşğal olunmuş Azərbaycan ərazilərində pül köçürmə əməliyyatları aparan ?Migom? və ?Leader? pulköçürmə sistemləri Azərbaycanda fəaliyyyətlərini bərpa etmək üçün Mərkəzi Banka müraciət edib. Mərkəzi Bankın İdarə Heyətinin sədr müavini Aftandil Babayev ans-ə bildirib ki, pülköçürmə şirkətləri işğal altında olan ərazilərdə pulköçürmə əməliyatlarının aparılmasını anlaşılmazlıq kimi qiymətiləndiriblər. Həmin şirkətlərin fəaliyyətinin bərpa olunub-olunmaması Mərkəzi Bankın araşdırmalarından asılı olacaq. A.Babayevin sözlərinə görə, belə hallar əvvəllər də olub: ?Biz dərhal buna reaksiya veririk. Separatçı Dağlıq Qarabağla hər hansı köçürmə münasibəti quran şirkətlərə qarşı cəza tədbiri görürük. Onlarla bank sisteminin əməkdaşlığının dayandırılması barədə qərar qəbul edirik?. A.Babayev qeyd edib ki, bu cür addımıar həmişə effektini verir: ?Şirkətlər bundan narahatlıqlarını bildirib və israrla bunun belə olmadığını isbat etməyə çalışırlar. Amma faktlarda danışdıqdan sonra onlar məmuniyyətlə öz etiraflarını bildirirlər, öz səhflərini düzəldirlər. Belə hallar olub və sonradan əməkdaşlıq bərpa olunub. Hazırda onlar təkid edirlər ki, bu anlaşılmazlıqdır. Bundan sonra da fəaliyyətləri araşdırılacaq. Əsasımız olacaqsa, faəliyyətləri bərpa olunacaq. Olmayacaqsa, hər iki halda onların Azərbaycanda fəaliyyətləri dayandırılıb?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA