Ceyhan limanından 3 aya 5,8 milyon tondan çox Azərbaycan nefti dünya bazarına çıxarıldı - Rəsmi

img

05-04-2017 [17:26]


Bu ilin mart ayı ərzində 1 milyon 731 min 455 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarına çıxarılıb.

Mia.az SOCAR-a istinadən bildirir ki, bu həcmin 1 milyon 94 min 695 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) nefti təşkil edib. Bu ilin yanvar-mart aylarında Ceyhan limanından ixrac olunan neftin həcmi isə 5 milyon 863 min 177 ton təşkil edib.

Ümumiyyətlə, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) istismara verilən gündən bu il aprel ayının 1-dək Ceyhan limanından 325 milyon 697 min 776 ton Azərbaycan nefti dünya bazarına yola salınıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA