Maliyyə Nazirliyinin 20 milyon istiqrazı - Bakı Fond Birjasında hərrac

img

04-04-2017 [19:22]


Bu gün Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin manat nominallı, AZ0102005540 ISIN kodlu, 91 gün tədavül müddətli, 20 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən Mia.az-a verilən məlumata görə, hərrac zamanı 9 investor tərəfindən 23 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 33,554,300.00 manat təşkil edib. Sifarişlər 95.5247 manat (19.0001 faiz) və 96.6207 manat (14.1842 faiz) qiymət intervalında təqdim edilib.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 95.7503 manat (17.9998 faiz) orta ölçülmüş qiyməti 96.0317 manat (16.7586 faiz) olub.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar aprelin 5-də həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 20 milyon manat təşkil edib. İstiqrazlar aprelin 7-də ödəniləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA