ilham Əliyev: ?Pensiyalar, əmək haqları və sosial müavinətlərin həcmi artmalıdır?

img

26-06-2010 [12:10]


?Azərbaycanın iqtisadi imkanları yaxşıdır və mən dəfələrlə demişəm ki, biz öz hesabımıza yaşayırıq?. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Lerikə səfəri çərçivəsində rayonictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. Dövlət başçısının sözlərinə görə, ölkəmizin iqtisadi potensialı artacaq və buna şübhə yoxdur: ?Görülən bütün işlər bu məqsədi güdür. Maliyyə imkanlarımız genişlənəcək və belə olan halda insanlar daha da yaxşı yaşayacaqlar. Pensiyalar, əmək haqları, sosial müavinətlər vaxtında ödənilir və onların həcmi artmalıdır?. ?Sizi əmin edirəm, mən bundan sonra da fəaliyyətimdə əlimdən gələni edəcəyəm ki, Azərbaycanı daha da gücləndirək? deyən Prezident bidcdirib ki, hökumətin məqsədi ölkəmizi daha da gücləndirməkdir: ?Həm dünyadakı mövqelərimiz daha da güclü olsun, həm də ölkə daxilində bütün proseslər müsbət istiqamətdə davam etsin. Bu gün bunu etmək üçün bütün imkanlar var. Mən tam əminəm ki, gələcək inkişafımız çox uğurlu olacaq. Çünki bunu etmək üçün bütün əsaslar var. Azərbaycan dövlətçiliyi möhkəm təməl üzərində qurulub. Baxmayaraq ki, biz müstəqilliyi əldə edəndə gələcək müstəqil həyatımız, demək olar ki, şübhə altında idi. O illəri hamımız yaxşı xatırlayırıq. Həm daxili çəkişmələr, həm Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, vətəndaş müharibəsi, hakimiyyət uğrunda mübarizə - bütün bu hadisələr müstəqilliyimizi sarsıdırdı. Sual yaranırdı ki, Azərbaycan müstəqil ölkə kimi yaşaya biləcək, yoxsa yox? Çünki müstəqilliyimizin əvvəlki dövrlərdə tarixi uzun olmamışdı. Rus imperiyasının dağılmasından sonra 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaranmışdı və cəmi iki il yaşadı. Ondan sonra müstəqilliyimiz müxtəlif səbəblər üzündən əlimizdən alındı. Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan yenidən müstəqilliyə qovuşdu. Yenə də iki il keçəndən sonra müstəqilliyimiz şübhə altında idi, əldən gedə bilərdi. Azərbaycan xalqı o vaxt həmişə olduğu kimi, öz müdrik sözünü dedi. Ulu öndəri hakimiyyətə dəvət etdi və 1993-cü ilə qədərki bütün xoşagəlməz hadisələrə onun fəaliyyəti nəticəsində son qoyuldu, sabitlik bərpa olundu, inkişaf başladı?. İlham Əliyev bildirib ki, indiki dövrün öz tələbləri var. Çünki həyat yerində durmur, ölkə qarşısına yeni çağırışlar, yeni məsələlər çıxır: ?Həm beynəlxalq müstəvidə, həm bölgədə yeni hadisələr baş verir. Biz bütün bu hadisələrə hazırıq. Bütün hadisələrə münasibətimizi bildiririk. Ona görə Azərbaycan bu gün beynəlxalq aləmdə çox böyük hörmətə malik olan bir ölkədir. Nəyin hesabına? Ona görə ki, bizim siyasətimiz çox səmimidir, açıqdır və birmənalıdır. İstər daxili, istərsə də xarici siyasətdə bizim öz siyasi xəttimiz vardır. O xətt bizə imkan verir ki, istədiyimizə nail olaq. Ölkə daxilində gedən proseslər bizi gücləndirir. Əgər güclü iqtisadiyyatımız olmasaydı, biz necə müstəqil siyasət apara bilərdik? Daxili imkanlar səfərbər olundu. Enerji sektorundakı təşəbbüslər real nəticələr verdi. Biz enerji sektorunda əldə edilmiş nailiyyətlərin nəticələrini, yəni maliyyə resurslarını digər sektorlara yönəltdik. Kənd təsərrüfatı, qeyri-neft sektoru, sahibkarlıq, kənd təsərrüfatının müxtəlif istiqamətlərində aparılan islahatlar özünü bu gün göstərir. Ölkəmizin hərtərəfli inkişafına nail ola bildik. Bu proses - ölkəmizin gücləndirilməsi və Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması, bütün sosial məsələlərin həlli davam edəcək?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA