Azərbaycanın avtomobil bazarında likvidlik əmsalı 3 illik minimuma enib

img

25-06-2010 [04:24]


?Əmlak Bazarı İştirakçıları? İctimai Birliyi (?ƏBİ? İB) monitorinq qrupunun may ayında təkrar avtomobil bazarında apardığı monitorinqin nəticələrinə görə bazarda mövsüm üçün xarakterik omayan passivlik davam edib. Son 4 ay ərzində müşahidə olunan passiv tendensiyanın təklifin artımı hesabına daha da dərinləşməsi bağlanan əqdlərin dinamikasına və qiymətlərə mənfi təsir göstərib. May ayında aprellə müqayisədə təklifin azalması müşahidə olunub. Lakin təklifin tələbi üstələmə tendensiyası may ayında da davam edib. Ay ərzində satış mərkəzlərinə müraciət edənlərin sayında əvvəlki ayla müqayisədə azalma qeydə alınıb. Bu, bağlanan əqdlərin dinamikasının azalmasına (-1.8%), təsir göstərib. Mayda bazarda orta qiymət əvvəlki ayla müqayisədə dəyişməz qalmış və orta qiymət 15380 dollar təşkil etmişdir. Bazarda müşahidə olunan passivlik may ayında avtomobillərin ekspozisiya müddətinin artmasına səbəb olmuşdur. Ekspozisiya müddətinin artması, eyni zamanda əmlakın bu növü üzrə dövlət tərəfindən qəbul edilən bəzi qərarlar bir əmlak növü kimi avtomobilə olan marağın azalmasına səbəb olmuş, bu isə əmlakın bu növü üzrə risk dərəcəsini artırmışdır. Avtomobillərin likvidlik əmsalı son 3 illə müqayisədə ən aşağı həddə düşmüşdür. Ay ərzində təkrar avtomobil bazarında araşdırma predmeti olan 7000-dən artıq avtomobilin 36,1%-i bazara məhz may ayı ərzində təklif olunub. Qalan 63,9%-i isə əvvəlki aylardan qalan avtomobillərdir. Əvvəlki iki ay ərzində köhnə avtomobillərin bazara kütləvi axın tendensiyası may ayında bir qədər stabilləşib. Üç ildir ki, təkrar bazarda liderliyi böyük fərqlə əldə saxlayan məşhur alman markası ?Mercedes-Benz?in təklif üzrə payı əvvəlki ayla müqayisədə 0.4% artaraq, bu markanın ümumi portfeldə payı (38,96%) əsas çəkiyə sahibdir. Araşdırmalar göstərir ki, ötən aylarda olduğu kimi ?Mercedes-Benz? ümumi təklif portfelində digər rəqiblərini hələ də böyük fərqlə geridə qoyur. Ümumilikdə 9 markanın təklif üzrə payı 82,3% təşkil edib. Yerdə qalan 17,7% isə 20-dən artıq şirkətin istehsalı olan 85-ə yaxın avtomarka arasında bölünür.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA