Ziyad Səmədzadə: ?Maliyyə nəzarəti haqqında? da qanunun qəbulu məsələsi vacib məsələlərdəndir

img

24-06-2010 [12:26]


?Maliyyə nəzarəti haqqında? da qanunun qəbulu məsələsi vacib məsələlərdəndir. Ümumiyyətlə, bu yöndə kifayət qədər hüquqi mexanizmlər var. Ona görə də, maliyyə nəzarəti ilə bağlı məsələnin müəyyən qanunlara dəyişiklik eməklə yaxud da ayrıca layihə şəklində hazırlanması ciddi müzakirə olunmalıdır?. Bu sözləri Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib. Z.Səmədzadə bildirib ki, ?Hesablama Palatası haqqında?, ?Büdcə sistemi haqqında?, ?Dövlət satınalmaları haqqında? qanun mövcuddur və həmçinin bu yöndə digər icra mexanizmləri ortalıqdadır. ?Bizim fikrimiz ondan ibarətdir ki, bu qəbul edilmiş qanunların şəffaflığı təmin edilsin. Heç şübhəsiz, maliyyə vəsaitlərinin istifadə edilməsi ilə əlaqədar olaraq zaman-zaman ortaya müəyyən məsələlər də çıxır. Hesablama Palatası hər il büdcə ilə bağlı geniş rəy verir. Bu gün Hesablama Palatasının əlində kifayət qədər səlahiyyətlər var ki, istənilən dövlət müəssisəsini, büdcədən maliyyələşən təşkilatı yoxlasın, öz təkliflərini versin, bu təklifləri inzibati orqanlara göndərsin. Demək istəyirəm ki, maliyyə şəffaflığının, büdcə şəffaflığının təmin edilməsi istiqamətində çox böyük işlər görülür? deyə komitə sədri vurğulayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA