Nazirlik saxlama müddəti ötmüz 212 kq ərzaq məhsulları azkarlayıb

img

24-06-2010 [11:56]


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin Bakı şəhərində və rayonlarda keçirdiyi yoxlamalar zamanı bir sıra obyektlərdə keyfiyyətsiz ərzaq məhsullarının satışı aşkarlanıb. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, aparılan yoxlamalar zamanı Bakının Yasamal rayonunda H.Zərdabi prospekti, ev 77, mənzil 3 ünvanında yerləşən ?Əmioğlu market?də, H.Zərdabi prospekti, ev 73, 3155/57-ci məhəllədə yerləşən ?Gül market?də, H.Zərdabi prospekti, ev 55, mənzil 119 ünvanında Müşərrəf Əhmədovaya məxsus mağazada, H.Zərdabi prospekti, ev 55, mənzil 101 ünvanında Dosməmməd Məmmədova məxsus mağazada, Ucar rayon mərkəzində Azərbaycan küçəsində yerləşən ?Qarışıq mallar? mağazasında, Göygöl rayon mərkəzində H.Əliyev küçəsi ilə X.Məmmədov küçəsinin kəsişməsində Maya Əliyevaya məxsus mağazada, Quşqara kəndində yerləşən ?Sabiroğlu? marketdə, Samux rayonunda Çobanabadlı kəndində Şakir Mirzəyevə məxsus mağazada, Quba şəhərində Quba-Qəçrəş yolunun yaxınlığında yerləşən ?Legion market?də, Bərdə rayon mərkəzində Bakı küçəsində yerləşən ?Sizin market?də, Bakı küçəsi ilə Nizami küçəsinin kəsişməsində Ələddin Süleymanova məxsus mağazada, Füzuli rayonunun Qayıdış-1 qəsəbəsində Həsrət Kazımova məxsus mağazada keyfiyyətsiz məhsulların satışı aşkarlanıb. Gəncə şəhəri Əttarlar küçəsi, ev 67 ünvanında Arif Musazadəyə məxsus mağazada isə ümumi çəkisi 212,69 kq olan saxlama müddəti ötmüş və normativ sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları, o cümlədən qənnadı məhsulları, kolbasa, süd və süd məhsulları, yağlar, tamlı məhsullar, sərinləşdirici içkilər, alkoqollu içkilər, uşaq yeməkləri və s. aşkar olunaraq satışdan çıxarılıb. Nazirlik bildirir ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA