Ötən ilə nisbətən bu il yeni mənzillər ucuzlazıb

img

23-06-2010 [12:44]


?Əmlak Bazarı İşrirakçıları? İB monitorinq qrupunun paytaxt Bakı şəhəri üzrə 2010-cu may ayı ərzində ilkin mənzil bazarda apardığı araşdırmalar nəticəsində məlum olub ki, daha bir yaşayış binası satışa çıxarılıb. Tikintisinə yeni başlanılan 15 mərtəbəli 6 bloklu bina ?A? MTK tərəfindən Qaradağ rayonu, Lökbatan qəsəbəsində inşa edilir. Buna baxmayaraq, ümumilikdə tikinti sektorunda bu seqment üzrə durğunluq davam etməkdədir. Durğunluğun əsas səbəbini alqı-satqı bazarının zəifləməsi ilə əlaqələndirmək də mümkündür ki, banklar tərəfindən ayrılan kreditlər məhdud olduğundan tikinti şirkətləri əsas maliyyə mənbəyini alıclıların ?cibində? axtramağa məcbur olub, desək yanılmarıq. Aparılan monitorinqlərə əsasən, son iki ayda cəmi bir neçə mənzili qalan binaların hələ də satışdan çıxmaması bunu deməyə əsas verir. May ayı ərzində tikinti şirkətlərinin siyahısında dəyişiklik olmasa da (152), satışa çıxarılan yaşayış binalarının sayı 438-ə qarşı 439 olub. Ən ç?? y?ni tikili əvvəlki aylarda ?lduğu kimi, ardıcıl olaraq Yasamal, Xətai və Nəsimi rayonlarında aparılmaqdadır. Bakı şəhəri üzrə ümumi tikinti portfelinin 65,3 faizini bu rayonlar təşkil etməkdədir. Əvvəlki aylarda ipoteka bazarının yaratdığı canlanma may ayında ayrılan ipoteka vəsaitlərinin tükənməsi ilə əlaqədar olaraq ilkin mənzil bazarında alqı-satqı və qiymətlərdə durğunluğun hökm sürməsi ilə yadda qalıb. Şəhər üzrə satış üçün təklif ?lunmuş mənzillərin ?rta qiyməti aprel ayı (880$/kv.m) ilə müqayisədə 1,1% azalaraq 870 $/kv.m olub. Bu fərq ötən rübün müvafiq dövrü ilə müqayisədə 1,5%, ötən ilin müvafiq dövrü ilə 8,1%, 2010-cu ilin əvvəlinə nisbətlə isə 3,0% azalma təşkil edib. Bu göstərici böhrandan əvvəlki qiymətlərin pik dövrü (2008-ci ilin sentyabrı) ilə müqayisədə isə 27,1% aşağı düşüb. Ötən aylardakı kimi, y?ni tikililərdə 3 ?taqlı mənzillər daha ç?? üstünlük təşkil ?dir. 5 ?taqlı mənzillər əsasən şəhərin 1 z?nasında üstünlük təşkil ?dir, 1 ?taqlı mənzillər isə daha ç?? 3-cü z?nanın payına düşür. May ayı ərzində 439 yaşayış binası üzrə, ümumi mənzil sayı 67049, blok sayı 1084, mərtəbə sayı 6739 ədəd təşkil edib. Binaların yaşayış sahəsinə gəldikdə isə, hazırda bu göstərici 7.848.761 kv.metr, ümumi tikinti altı sahəsi üzrə isə 624716,0 kv.metrə bərabərdir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA