MVASK sığorta zirkətində səhmdarların dəyizməsi baz verdi

img

23-06-2010 [11:36]


MBASK şirkətinin səhmdarları arasında qarşılıqlı razılığa görə, şirkətin Natella Mikuçadzeyə, Cəmil Məlikova və Unibank KB-yə məxsus olan səhmləri MBASK şirkətinin əsas səhmdarı olan Eldar Qəribov tərəfindən satın alınıb. Yerinə yetirilən tranzaksiyalar nəticəsində şirkətin səhmdarlarının strukturu dəyişmişdir və hazırda, qiymətli kağız sahiblərinin siyahıları sistemindən çıxarışa əsasən, şirkətin səhmdarları kimi Eldar Qəribov (səhmlərin 70%-i) və Avropa Yenidənqurma və İnkişaf Bankı (səhmlərin 30%-i) çıxış edirlər, bu AZ 1001003693 saylı ISIN kodla təsdiq edilir. MBASK SŞ səhmdarlarının dəyişməsi şirkətin strategiyasına və operativ işinə əhəmiyyətli dəyişikliklər gətirməyəcəkdir. Əvvəlki kimi, onun fəaliyyətinin başlıca prioriteti bazarda aparıcı mövqelərin qorunub saxlanması, müştərilərə xidmət göstərilməsinin yüksək səviyyəsinin formalaşdırılması və keyfiyyətli sığorta məhsullarının və xidmətləriniin satışına kompleks yanaşmadır. Xatırladaq ki, bu gün üçün MBASK şirkətinin nizamnamə kapitalı 5 730 000 AZN təşkil edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA