Karaçi ?flydubai? zirkətinin yeni təyinat məntəqəsi oldu

img

22-06-2010 [03:48]


Dubayın ilk qənaətcil hava yolları olan ?flydubai? şirkəti ?işıqlar şəhəri? olan Karaçiyə ilk rəsmi uçuşunu etməklə özünün 20-ci təyinat məntəqəsini açıb. İlk rəsmi reysin göyərtəsində uçuş edən Birləşmiş Ərəb Əmirliklərinin Pakistandakı Səfiri, Zati-Aliləri Əli Səif Əlavani bildirib: ?Birləşmiş Ərəb Əmirlikləri ilə Pakistan arasında münasibətlər möhkəmdir və ikitərəfli ticarətin illik həcmi 6 milyard ABŞ dolları təşkil edir. Bizim ölkələr arasında əlçatan, keyfiyyətli və birabaşa səyahət əlaqələrinin sayının artırılması bu münasibətləri yalnız gücləndirməyə xidmət edəcək?. ?Bizim ?flydubai? şirkətinin göyərtəsində uçuşumuz əla idi. ?flydubai? şirkətinin təyyarələri yeni, təhlükəsiz, təmiz və rahatdır. Heyət üzvləri çox mehribandır və mən əminəm ki, ?flydubai? şirkətinin yeni xidməti Karaçidə çox populyar olacaq?. İlk rəsmi uçuşda iştirak edən ?flydubai? şirkətinin Baş Direktoru, Qeyt Əl Qeyt deyib: ?Biz bu gün Karaçiyə uçuşlara başlamağımızdan məmnunuq. Bu, bizim üçün çox vacib bir marşrutdur və biz uzun müddət ərzində uğurla fəaliyyət göstərəcəyimizə ümid edirik?. ?flydubai? şirkətinin məqsədi səyahəti daha asan, daha stressiz və daha ucuz etməklə daha çox insanı daha tez-tez səyahət etməyə həvəsləndirməkdir. Biz uçuşlara başladığımız bazarların genişləndirilməsi haqda vədimizə sadiqik və keçən il ?flydubai? şirkəti fəaliyyətə başladıqdan sonra biz digər bazarlarda bunun şahidi olmuşuq. Beyrutda daşınmaların həcmi 33% artıb, Amman nəhəng 40%-lik artım olub və Misirdəki bütün istiqamətlər üzrə artım 22% təşkil edib. Dubaydan Karaçiyə bir biletin qiyməti 82 ABŞ dolları təşkil edəcək. Biletləri ?flydubai? şirkətinin səhifəsindən (www.flydubai.com) yaxud səyahət agentlikləri vasitəsilə sifariş etmək olar. ?flydubai? şirkətinin modeli çox sadədir, sərnişinlər yalnız almaq istədikləri xidmətə görə pul ödəyirlər. Qiymətə çəkisi 10 kiloya qədər olan bir ədəd əl baqajı və bütün vergilər daxildir. Sərnişinlər cəmi 16 ABŞ dolları ödəməklə ilk yük çantalarını qeydiyyatdan keçirə bilərlər. Çəkisi maksimum 32 kiloya qədər olan ikinci çantanı isə sərnişinlər 42 ABŞ dolları ödəməklə qeydiyyatdan keçə bilərlər. ?flydubai? şirkəti Dubayın Beynəlxalq Aeroportunun modernləşdirilmiş və genişləndirilmiş 2 saylı terminalında fəaliyyət göstərir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA