Azərbaycanda 10 min 192 nəfər dövlət qulluqçusu kimi pensiya alır

img

22-06-2010 [12:16]


23 iyun dövlət qulluqçularının peşə bayramı günüdür. Dövlət qulluqçuları bir çox sahələrdə, o cümlədən pensiya təminatında xüsusi imtiyazlara malikdirlər. Dövlət Sosial Müdafiə Fondu İctimaiyyətlə əlaqələr sektorunun məlumatına görə, 01.04.2010-cu il tarixə olan statistikaya əsasən, Azərbaycanda dövlət qulluqçusu kimi pensiya alanların sayı 10 192 nəfər təşkil edir. Onların orta aylıq pensiya məbləği isə 320,34 manatdır. Qeyd edək ki, dövlət qulluqçularının pensiyasının təyin olunması və artımı fərqli, daha yüksək məbləğlərlə aparılır və hər dəfə pensiyanın məbləği dövlət qulluqçularının faktiki vəzifə maaşına uyğunlaşdırılır. 2008-ci ildə dövlət qulluqçularının məvaciblərinin artırılmasına uyğun olaraq göstərilən kateqoriyadan olan şəxslərin pensiyaları iyulun 1-dən orta hesabla 50 faiz artırılıb. ?Onu da bildirək ki, 2010-cu il aprel ayının 1-i vəziyyətinə Azərbaycanda qeydiyyatda olan pensiyaçıların sayı 1301,7 min nəfərdir?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA