06-03-2017 [20:17]
İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən (CESD) növbəti dinləmələri martın 2-də Gəncə şəhərində təşkil edib.
CESD-dən Mia.az-a verilən məlumata görə, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və İqtisadi və Sosial İnkişaf Mərkəzi tərəfindən (CESD) icra olunan "Azərbaycanda Vətəndaş Cəmiyyəti - Media - Hökumət və Özəl sektorun Səyləri ilə Hərəkət İmkanları Məhdud İnsanların Yaşam Şəraitinin Yaxşılaşdırılması və Hüquqlarının Qorunmasının Gücləndirilməsi” layihəsi çərçivəsində Gəncə şəhərində dövlət strukturları, KİV, QHT nümayəndələri və əliliyi olan insanların iştirakı ilə ictimai dinləmə təşkil olunmuşdur. Həyata keçirilən tədbir nəticəsində hərəkət imkanları məhdud olan insanlar yaşam şəraitlərinin yaxşılaşdırılması və hüquqlarının qorunması sahəsində öz təkilf və tövsiyyələrini təqdim ediblər.
Layihə həyata keçirilən Gəncə şəhəri, Goranboy, Samux, Şəmkir və Göygöl rayonlarılarında hərəkət imkanları məhdud insanların hüquqlarının qorunması üçün müvafiq dövlət strukturları, KİV və QHT nümayəndələri üçün təlimlər təşkil olunmuşdur.
Tədbiri giriş sözü ilə ekspert Rövşən Novruzov açaraq layihənin bu günə qədər icrası barədə məlumat verib.
Sonra Gəncə şəhəri icra hakimiyyətinin nümayəndəsi Kənan Məmmədov Şəhər rəhbərliyi adından tədbir iştirakçılarını salamlayıb, İSİM-ə və Aİ-yə bu tədbiri təşkil etdiklərinə görə təşəkkürünü bildirib.
Tədbir iştirakçıları onları narahat edən sualları və təkliflərini səsləndiriblər.
Belə ki,:
- Azərbaycan Əlil Qadınlar Cəmiyyəti Gəncə şöbəsinin sədri Elmira İsmayılova əliliyi olan insanların ali məktəblərdə təhsil ödənişindən azad olmaq məsələsini gündəmə gətirib, xahiş etdi ki, bu məsələyə xüsusi diqqət yetirilsin, çünki əliliyi olan gənc tələbələr təhsil ödənişinə görə əziyyət çəkirlər.
- Gəncə Aqrobiznes Assosiasiyasının nümayəndəsi Həbib Abbasov əliliyi olan insanların turizm xidməti sahəsində məşğuıiyyətlərinin təşkili təklifini irəli sürdü. Belə ki, xalçaçılıq sənəti, müxtəlif suvenir və bəzək əşyalarının, kiçik suvenir çini qabların və s. əşyaların düzəldilməsi xidmətləri çərçivəsində "İş mərkəzlərinin” yaradılması təklifi ilə çıxış etdi.
- "Qarabağ Müharibəsi Veteranları və Şəhid Ailələri” ictimai birliyinin sədri Məmməd Rəhimov əlilliyi olan insanların şəhər nəqliyyatından istifadəsinə şəraitin yaradılması məsələsini irəli sürdü və qeyd etdi ki, əliliyi olan insanlar idarə etdikləri kolyaskalarında avtobuslara minə bilmirlər, lazımi yerlərə getməkdə çətinlik çəkirlər. Odur ki, həmin insanlar üçün xüsusi avtobusların xəttə buraxılması və təşkil olunması, onların rahatçılığını təmin edərdi. Eyni zamanda müharibə veteranları üçün ictimai yerlərdə növbəsiz xidmət göstərilməsi məsələsini, Gəncə şəhərində mövcud olan idman zallarından əliliyi insanların güzəştli şərtlərlə istifadə etmək məsələləri, onların işə düzəldilməsi məsələlərində problemin olduğunu qeyd etdi.
- "Qarabağ Müharibəsi Veteranları və Şəhid Ailələri” ictimai birliyinin sədr müavini, 1-ci qrup müharibə əlili Ənvər Əhmədov tibbi sığorta məsələsinin vacibliyini qeyd etdi. Tibb müəssisələrində əliliyi olan insanlara zəif xidmət göstərilir. O, özəl müalicə klinikalarında həmin insanlar üçün pulsuz müayinə və müalicə işlərinin təşkil olunması təklifi ilə çıxış etdi. O göstərdi ki, Dəmir yolu idarəsində əliliyi olan insanlar işdən azad olunmuşlar. Bu məsələyə Ombudsman Aparatı Gəncə Regional Mərkəzinin rəhbəri Səbuhi Abbasov, Gəncə şəhəri Nizami rayon məşğulluq idarəsinin əməkdaşı Agiq İsmayılov qanunun tələbləri baxımından aydınlıq gətirdilər.
- Gəncə Dövlət Universititinin tələbəsi, 2-ci qrup əlil Aynurə Həbibova əliliyi olan gənclərin ali məktəblərdə təhsil haqqından azad olunması məsələsini irəli sürdü. Eyni zamanda pulsuz müalicənin təşkil olunması məsələsini də təklif etdi.
- Qarabağ müharibəsi veteranı, 2-ci qrup əlil Ruslan Əsgərov özəl tibb müəssisələrində əlilliyi olan insanlara müəyyən pulsuz müalicə kvotalarının ayrılması təklifini etdi. Eyni zamanda bu qəbildən olan insanlara daha diqqət və qayğı göstərilməsi məsələsini irəli sürdü.
- Gənc vətənpərvərlər ictimai birliyinin sədri Elçin Axundov belə maarifləndirmə tədbirlərinin keçirilməsinin faydası olduğunu və təşkilatçılara minnətdarlığını bildirdi.
- Qarabağ müharibəsi veteranı, 2-ci qrup əlil Rövşən Nəzərov taksi xidməti göstərdiyini qeyd etdi və xahiş etdi ki, əlil insanların taksi xidməti göstərməsinə görə rüsumdan azad etmələrinə köməklik göstərilsin.
- 1-ci qrup əlil Fatma Babayeva ev növbəsində dayandığını və bu günə qədər ev ala bilmədiyini qeyd etdi.
- Müharibə veteranı Ramiz Qarayev də idman zallarından pulsuz istifadə edilməsini təklif etdi.
İctimai dinləmə çox işgüzar bir şəraitdə keçirilib.
Tədbirdə qaldırılan suallara Gəncə şəhəri İcra Hakimiyyətinin, Ombudsman Aparatı Gəncə Regional Mərkəzinin, Rayon Məşğulluq, DSMF rayon şöbələrinin, Nizami və Kəpəz bələdiyyələrinin rəhbər və əməkdaşları qaldırılan sualları cavablandırıblar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi