03-03-2017 [16:23]
"Zənnimcə, indi bank sahəsində restrukturizasiya baş verməlidir və bu proses bütövlükdə bank sektorunu əhatə etməlidir”.
Mia.az xəbər verir ki, bunu "Report”a müsahibəsində Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi deyib.
M.Qorçi qeyd edib ki, təmsil etdiyi qurum yalnız dövlət qurumlarına tövsiyələr verir:
"Biz dövlət strukturları ilə bir sıra məsələləri müzakirə etmişik. Bu, xüsusi əhəmiyyət kəsb edən məsələlərdir. Sözsüz ki, bu siyahıda banklar da var. Çünki bankların hazırkı vəziyyəti ölkə iqtisadiyyatına ciddi təsir edir. Amma tövsiyələrimiz heç də bank cəmiyyəti üçün nəzərdə tutulmur. Hər zaman hökumətə tövsiyə veririk. Keçmişdə etdiyimiz tövsiyələr əsasında Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) yaradılıb.
Zənnimcə, indi bank sahəsində restrukturizasiya aparılmalıdır və bu, bütövlükdə bank sektorunu əhatə etməlidir. Burada söhbət "Azərbaycan Beynəlxalq Bankı” (ABB) ASC kimi nəhəng banklardan getmir, biz həmçinin kiçik bankları da nəzərdə tuturuq. Artıq Azərbaycanda bu sahədə müəyyən addımlar atılıb.
Bildiyiniz kimi, bu vaxta qədər 11 bank bağlanıb. Digər banklar isə restrukturizasiya mərhələsindədir. Lakin bununla belə bank sahəsində müvafiq çağırışlar qalmaqdadır”.
IMF rəsmisinin sözlərinə görə, qeyri-sağlam banklar əhalinin banklara etibarını sarsıdır:
"Ancaq hökumətdə belə bir razılıq var ki, bank sektorunda olan problemləri mümkün qədər tez həll etmək lazımdır. Çünki zəif bankların mövcud olması, bank sektorunda indiki problemlərin yaşanması bütövlükdə iqtisadiyyata zərər verir. Ona görə də restrukturizasiya nə qədər tez baş aparılarsa, bir o qədər yaxşı olar. Bir daha demək istəyirəm ki, zəif banklar həm milli valyutanın məzənnəsinə, həm bank sektoruna, həm də bütövlükdə iqtisadiyyata mənfi təsir göstərir. Bu mənfi təsirin fəsadlarından biri də əhalidə həm iqtisadiyyata, həm də bank sektoruna olan etibarın sarsılmasıdır. Məhz buna görə prosesi tezləşdirmək lazımdır ki, problemləri sona çatdıraq. Əlbəttə ki, restrukturizasiya prosesi ciddi şəkildə aparılmalıdır ki, zəif bankların sağlamlaşdırılması mümkün olsun, ya da onların sistemdən kənarlaşdırılması zərurəti yaransın”.
"MBNP ilə görüşümüzdə bəzi məsələləri müzakirə etdik. Bu məsələlər sırasında bilavasitə bank sektorunda baş verən hadisələr, hazırda hökumətin həyata keçirdiyi və ilin sonunda başa çatdırmaq istədiyi bankların restrukturizasiyası məsələsi də bar. Bununla yanaşı, inflyasiya, fiskal siyasət, iqtisadi artım və ölkənin borc öhdəliklərini yerinə yetirməsi kimi bir sıra aktual məsələləri də müzakirə etmişik", - deyə fondun Azərbaycan üzrə missiyasının rəhbəri deyib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi