FED nefti 52 dollaradək ucuzlaşdıra bilər - PROQNOZ

img

03-03-2017 [11:05]


Ötən gün baş tutan ticarət sessiyasında "Brent" markalı neftin qiyməti 2,2% azalaraq 55,01 dollaradək enib. 

"Alpari" treyder şirkətinin analitikləri hesab edir ki, neftin ucuzlaşmasına səbəb dolların indeksinin möhkəmlənməsidir.

Analitiklər qeyd edir ki, FED rəsmiləri artıq indidən bazarları mart ayında uçot dərəcəsinin artırılacağına hazırlayır. "CME Group's FedWatch"un təqdim etdiyi rəqəmlərə əsasən, martda uçot dərəcəsinin artırılması ehtimalı 66,4%-dən 75,3%-dək, mayda 71,4%-dən 79%-dək, iyunda isə 84,6%-dən 89,6%-dək artıb.

Neft bazarında gərginlik artmaqdadır. Hazırda bütün diqqətlər FED-in iclasına və tənzimləyicinin rəsmilərinə yönəlib.

Hazırda "Brent" markalı neft 55,13 dollar ətrafında ticarət olunur. Gün ərzində qiymət 54,80 dollardan aşağı enərsə, növbəti 3 ticarət günü ərzində "Brent" markalı neftin dəyərinin 52,85 dollaradək azalacağı gözləmək olar. Yox, əgər qiymət 55,70 dollar həddini aşa bilsə, müsbət dinamikanın davam edəcəyini gözləmək olar.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA