Sumqayıtda kommunal xidmət haqlarının ödənilməsi ilə bağlı problem yaranıb

img

18-06-2010 [04:27]


Sumqayıt şəhərində narazılıq yaranıb. Müstəqil İnformasiya Agentliyinə müraciət edən sakinlərin verdiyi məlumata görə, bu gün şəhərdə kommunal xidmət haqlarını ödəmək mümkün deyil. Belə ki, işıq, qaz və su pulunu ödəmək istəyən Sumqayıt sakinləri şəhərdə fəaliyyət göstərən banklarda, poçt məntəqələrində pul köçürə bilmirlər. Sakinləri poçt məntəqələri banklara, banklar isə poçt məntəqələrinə göndərir. MİA-ya məlumat verən Sumqayıt sakini onu da bildirib ki, hazırda bank və poçt məntəqələrinin qarşısında xeyli insan toplaşıb. Qeyd edək ki, ödəniş edə bilməyən bəzi sakinlərə qaz və işıq təchizatının dayandırılması ilə bağlı xəbərdarlıq da edilib. Ödənişin qəbul olunmaması da bu səbəbdən daha ciddi narazılığa səbəb olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA