Mərkəzi Bankın valyuta ehtiyatları artıb

img

01-03-2017 [19:01]


Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmində artım müşahidə olunur.

2017-ci il martın 1-nə tənzimləyicinin sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 4 mlrd. 369,3 mln. dollar təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə 1% və ya 42,1 mln. dollar çoxdur. Fevral ayının 1-ə tənzimləyicinin ehtiyatları 4 mlrd. 327,2 mln. dollar təşkil edib.

Ötən ilin analoji dövrü ilə müqayisədə isə AMB-nin sərəncamında olan valyuta ehtiyatlarının həcmində 8,5% və ya 343 mln. dollar artım olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA