SOCAR fevral ayında nə qədər yanacaq ixrac edib? - Rəqəmlər açıqlandı

img

01-03-2017 [17:57]


SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2017-ci ilin fevral ayında 73 min 693 ton dizel yanacağı, 3 min 983 ton təyyarə yanacağı, 8 min 451 ton yüksək təzyiqli polietilen, 937 ton mütləqləşdirilmiş izopropil spirti, 6 min 232 ton maye piroliz qətranı, 5 min 184 ton propilen və 2 min 41 ton butilen butadien fraksiyası ixrac edib.

Mia.az SOCAR-a istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-fevral ayları ərzində ümumilikdə 145 min 152 ton dizel yanacağı, 10 min 936 ton təyyarə yanacağı, 16 min 366 ton yüksək təzyiqli polietilen, 1 min 634 ton mütləqləşdirilmiş izopropil spirti, 12 min 397 ton maye piroliz qətranı, 8 min 292 ton propilen və 4 min 782 ton butilen butadien fraksiyası ixrac olunub:

"2017-ci ilin fevral ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 561,35 ABŞ dolları, təyyarə yanacağının - 512,71 dollar, dizel yanacağının - 485,98 dollar, 1% kükürdlü mazutun qiyməti - 319,1 dollar, yüksək təzyiqli polietilenin - 1280 dollar, butilen butadien fraksiyasının - 753,775 dollar, maye piroliz qətranının - 561,35 dollar, propilenin qiyməti - 815 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti - 1045 avro təşkil edib". 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA