"Büdcədə yaranan problemləri vətəndaşın çiyninə qoyurlar" - Pensiya yaşının artırılmasına reaksiya

img

01-03-2017 [15:05]


Pensiya yaşının qaldırılması cəmiyyətdə ciddi narazılığa səbəb olub. 

Bu barədə fikirlərini mia.az-la bölüşən iqtisadçı ekspert Natiq Cəfərli hökumətin gətirdiyi arqumentləri əsassız sayıb. 

"Dünyada təqaüd yaşının qaldırılmasının əsas səbəbi demoqrafik problemlərdir, məsələn, Avropada, Yaponiyada doğuş səviyyəsi aşağıdır, əhali yaşlıdır, məhz buna görə bəzi ölkələrdə təqaüd yaşı artırılır, və ya, buna cəhdlər olur. Bizdə şükür ki, demoqrafik vəziyyət yaxşıdır, doğuş səviyyəsi normaldır (beynimizi çox işlətməsək də, digər orqanlarımız yaxşı işləyir), həm də əhali tərkibimiz, əsasən, gənclərdən ibarətdir. 
2015-12-22-14-19-21natiq-ceferli.jpg (440×330)
Digər ölkələrdə işçi tapa bilmirlər deyə təqaüd yaşını qaldırırlar, bizdə isə işsizlik o səviyyədədir ki, əksinə işçilərin, əsasən də, məmurların "gəncləşdirilməsinə” ehtiyac var. Bizdə təqaüd yaşını demoqrafik problemlərə görə qaldırmırlar, səbəb sırf iqtisadi çətinliklərlə bağlıdır. 

Həmişəki kimi, büdcədə yaranan problemləri, gəlirlərin azalmasını vətəndaşın çiyninə qoyurlar, qənaəti vətəndaş üzərindən həyata keçirirlər" - deyə, ekspert bildirib.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA