SOCAR-ın Türkiyədəki törəməsinin rəhbərliyinə yeni təyinat

img

01-03-2017 [13:04]


"SOCAR Turkiye Enerji A.Ş."-nin rəhbərliyində dəyişiklik olub. 

"STAR Rafineri" zavodunun baş direktoru İbrahim Palaz "SOCAR Turkiye Enerji A.Ş."-nin rəhbərinin müşaviri təyin olunub. İ.Palazı isə Mesut İlter əvəzləyib.

Qeyd edək ki, İ.Palaz "STAR Rafineri"yədək AMOCO, "Halliburton", "Universal Pegasus", BOTAŞ kimi şirkətlərdə çalışıb.

M.İlter isə "STAR Rafineri"nin baş direktoru təyin olunanadək "Tüpraş" şirkətinin baş direktorunun müavini olub.

Qeyd edək ki, "SOCAR Turkiye Enerji A.Ş." SOCAR-ın törəməsidir. Törəmə müəssisə Türkiyə iqtisadiyyatına 18 mlrd. dollar həcmində investisiya yatırmağı planlaşdırır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA