Ölkənin bir sıra iazə müəssisələrində saxta məhsullar azkarlanıb

img

16-06-2010 [03:27]


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkənin bir sıra iaşə müəssisələrində monitorinq keçirilib. Nazirliyin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, monitorinqlər zamanı Bakının Səbail rayonunda, Nizami küçəsi, ev 68 ünvanında yerləşən ?İzmir? restoranında, Binəqədi rayonunda, Ə.Naxçıvani küçəsi, ev 36 ünvanında Etibar Salahova məxsus mağazada; Ə.Naxçivani küçəsi, ev 4B ünvanında yerləşən ?Sizin market?də; Ə.Naxçıvani küçəsi, 6 ünvanında yerləşən ?Midi market?də; Yasamal rayonunda, İ.Qutqaşınlı küçəsi, ev 30 ünvanında yerləşən ?Ev mart supermaket?də; Z.Xəlilov küçəsi, 523-cü məhəllədə ?Aydın? firmasına məxsus mağazada; N.Nərimanov prospekti, ev 201 ünvanında yerləşən ?Həyət market?də; Nərimanov rayonunda, Ə.Rəcəbli prospektində, ev 38A ünvanında yerləşən ?Şəki? restoranında; Xəzər rayonunda, Şüvəlan qəsəbəsi, L.Starçuk küçəsi, 11 ünvanında yerləşən ?Bizim market?də; L.Starçuk küçəsi, 18 ünvanında Ummahanı Əmirovaya məxsus mağazada; L.Starçuk küçəsində Məmmədqasım Qasımova məxsus mağazada; Binə qəsəbəsi, Binə-Sovxoz yolunda yerləşən ?Priz market?də; Suraxanı rayonu, Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 4, mənzil 16 ünvanında Altay Baloğlanova məxsus mağazada; Əmircan qəsəbəsi, 4-cü mədən, ev 4 ünvanında yerləşən ?Suraxanı market?də; Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi, 17B ünvanında Kamran Şabanova məxsus mağazada; Nəsimi rayonunda, N.Yusifbəyli prospekti, ev 70 ünvanında Qaçay Muradova məxsus mağazada; Qusar rayonunda - Hil kəndində Malik Laçınova məxsus mağazada; Şəki şəhərində, N.Nərimanov küçəsində Natiq Hidayətova məxsus mağazada; Daşkəsən şəhərində, T.İsmayılov küçəsində yerləşən ?Bəhruz market?də; T.İsmayılov küçəsi, bina 36 ünvanında Elmira Orucovaya məxsus mağazada; Qazax şəhərində, N.Nərimanov qəsəbəsində Etibar Osmanova məxsus mağazada; Ağstafa şəhərində, M.Ə.Rəsulzadə küçəsi, 96 ünvanında yerləşən ?Fərid market?də; Gəncə şəhərində, İsrafilbəyov küçəsində Arzu Məclumova məxsus mağazada; H.Əliyev prospektində yerləşən ?Luna market?də; Füzuli rayonunda, Araz Yağlıvənd kəndində Aydın Balaşova məxsus mağazada, ümumi çəkisi 520 kiloqramdan çox saxlama müddəti ötmüş və normativ sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları, o cümlədən qənnadı məhsulları, kolbasa, süd və süd məhsulları, yağlar, balıq və digər dəniz məhsulları, konservləşdirilmiş məhsullar, un məhsulları, sərinləşdirici içkilər, alkoqollu içkilər, uşaq yeməkləri və s. aşkar olunmuş, satışdan çıxarılaraq məhv edilib. Qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq. İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA