İran Rusiyaya 1,5 milyon barel neft tədarük edəcək, əvəzində isə... - Nazirdən açıqlama

img

22-02-2017 [01:07]


İran Rusiyaya 15 gün ərzində sutkada 100 min barel neft tədarük edilməsi barədə saziş imzalamaq niyyətindədir. 

Bu barədə ISNA İranın neft naziri Bijan Zanqanenin açıqlamasına istinadən məlumat yayıb.  
 
Məlumata görə, tədarük ediləcək 1,5 mln. barel neftə görə ödəniləcək məbləğin bir hissəsi pul vəsaitləri, qalan hissəsi isə əmtəə və xidmətlərlə ödəniləcək.
 
Zanqane rusiyalı həmkarı Aleksandr Novakla Tehranda keçirilmiş  görüşündən sonra  razılaşma barədə ətraflı açıqlama verib.  
 
Nazirin sözlərinə görə, artıq bir neçə Rusiya şirkəti İran şirkətləri ilə anlaşma memorandumu imzalayıb.  

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA