Kreditdə olan maşınların satılmasına qadağa - Mərkəzi Bankdan şok qərar

img

20-02-2017 [11:14]


Mərkəzi Bank kreditdə olan maşınların başqasına satılmasına ciddi əngəl yaradan qərar verib.

Mia.az iqtisadçı Samir İsmayıla istinadən xəbər verir ki, qərara əsasən, kreditdə olan maşını o şərtlə satmaq olar ki, yeni alıcı qalan kredit məbləğinin 80 faizini ödəsin: 

"Bu zaman ortaya haqlı sual çıxır: Maşının sahibinə çatan pulu tam, qalan kreditin də 80 faizni ödəyə bilən şəxsin bankda nə işi var? Kreditlərin rəsmləşdirilməsinə çəkilən xərcləri və toplanan sənədləri nəzərə alsaq, bu qərar çox absurddur".

Samir İsmayılın sözlərinə görə, bu gün qaytarılmayan və ya gecikdirilən kreditlər bankların 1 nömrəli problemidir:

"Buna baxmayaraq, qəbul olunan yeni qaydalar və şərtlər problemin həll olunmasına deyil, kəskinləşməsinə xidmət edir"

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA