Azərbaycanda bankın 6 filialı ləğv olundu - Palatadan qərar

img

16-02-2017 [10:16]


Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının qərarı ilə "PAŞA Bank” ASC-nin yeni şöbəsinin açılmasına icazə verilib və "Bank VTB (Azərbaycan)" ASC-nin 6 filialının lisenziyaları ləğv edilib.

Qurumdan mia.az-a daxil olan xəbərə görə, "Bank VTB (Azərbaycan)” ASC-nin "İçərişəhər”, "Həzi Aslanov”, "Əhmədli”, "Bakıxanov”, "28 May” və "Xırdalan” filiallarının icazələrinin ləğv edilməsinə dair müraciətinə baxılıb. 

Filialların bağlanmasına əsas səbəb "Bank VTB (Azərbaycan)” tərəfindən xərclərin optimallaşdırılması göstərilib.

Sözügedən filialların ləğvindən sonra bankın filiallarının sayı 8 olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA