“Qiymətlər bir aydan sonra düşə bilər” - “Veysəloğlu”dan qiymət açıqlaması

img

15-02-2017 [23:25]


Vətəndaşlar son günlər Dolların Manat qarşısında ucuzlaşmasına baxmayaraq, marketlərdə qiymətlərin aşağı düşməməsindən şikayətlənirlər.

"Marja” xəbər verir ki, Azərbaycanının ən iri istehsal və ticarət şirkəti olan "Veysəloğlu” Şirkətlər Qrupundan İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri İlham Məmmədov özünün Twitter-dəki profilində manatın məzənnəsinin möhkəmlənməsi zamanı təmsil etdiyi şirkətin qiymət siyasətini əks etdirən tvit paylaşıb.

"Dolların məzənnəsi yaxın bir ayda enməyə davam edərsə, qiymətlər də düşəcək. Bu, enməkdə olan kursun nə dərəcəsdə sabit qalmasından çox asılıdır”, – İ.Məmmədzadə yazıb.

Qeyd edək ki, "Veysəloğlu” ölkədə fəaliyyət göstərən idxalçı və tədarükçü şirkətlərdən biridir. Marketlər bir çox məhsulları bu şirkətdən alır.

Eyni zamanda Araz, SPAR və OBA marketləri "Veysəloğlu” qrupuna bağlıdır. Ölkədə marketləri Veysəloğlu ilə yanaşı, Avrora, Koroğlu, Atropatena və bir sıra iri idxalçı şirkətlər məhsul ilə təmin edir



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA