Ehtiyatlı olun: Bakıda 4 ton keyfiyyətsiz dondurma azkarlandı

img

11-06-2010 [03:48]


İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti paytaxtda və regionlarda fəaliyyət göstərən ticarət obyektlərində dondurmaların keyfiyyətinə nəzarət məqsədilə monitorinqlər keçirir. Nazirliyin məybuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, monitorinqlər zamanı etiketində AZS 228-2006 standartının tələblərinə uyğun istehsal edilmiş ?İceland? əmtəə nişanlı ?Bakılı qız? adlı plombir dondurmaların saxlama müddətinin bir il göstərildiyi aşkar edilib. Dövlət Xidmətinin həmin dondurmaların istehsalçısı ?Camal Ltd? şirkətində apardığı yoxlama zamanı AZS 228-2006-nın tələblərinə əsasən, reseptura olmadan istehsal edilən dondurmaların maksimal saxlanma müddətinin 1 ay olmasına baxmayaraq, müəssisənin ?İceland? əmtəə nişanlı südlü, qaymaqlı və plombir dondurmalarının etiketlərində saxlama müddətinin 12 ay göstərildiyi müəyyən edilib. Bununla əlaqədar olaraq, müəssisənin anbarında olan və yararlılıq müddəti normativ sənədlərlə müqayisədə artıq göstərilmiş 3,9 ton dondurmanın satışının dayandırılması və ticarət şəbəkələrinə paylanmış dondurmaların geri yığılması barədə müəssisəyə icrası məcburi göstəriş verilmiş, məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib. Bundan başqa, ?Camal Ltd?də üzərində saxlama müddəti normativ sənədlərdə nəzərdə tutulmuş müddətlərdən artıq göstərilmiş 193 ədəd dondurma etiketi və 431 kq bükülmə materialları aşkar edilib. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, həmin materiallar istifadədən çıxarılaraq Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən məsul saxlanmaya götürülüb. Dövlət Xidməti araşdırmalarını davam etdirir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA