Banklar dolların alış və satış məzənnəsini yenə qaldırdı - SİYAHI

img

14-02-2017 [11:06]


Bu gün Azərbaycan Mərkəzi Bankı (AMB) dolların məzənnəsini stabil saxlamasına baxmayaraq, banklarda valyutanın satış və alış qiymətlərinin daha da bahalaşması müşahidə olunur.

Mia.az Fins.az-a istinadən xəbər verir ki, dünən dolları 1,6000 manata alıb, 1,7310 manata satan "Accessbank” bu gün 1,6300 manata alır, 1,7600 manata satır.

"Bank of Baku” da dolların alış və satış məzənnələrini yüksəldib. Fevralın 13-də alış 1,68, satış 1,79 manat idi. Bu gün isə dolların alışı 1,7, satışı 1,8 manatdır.

"Turanbank” da həmçinin, alışı 1,6000 manatdan 1,6700 manata, satışı 1,7800 manatdan 1,73 manata qaldırıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA