13-02-2017 [11:00]
İşlənmiş avtomobil bazarında qiymətlər ucuzlaşıb. Amma avtomobil alanların sayında artım müşahidə edilmir. Həftə sonu olmasına baxmayaraq, bazarda alıcı azlığı diqqət çəkir. |
Satıcı Elxan Məmmədovun sözlərinə görə, hazırda yalnız dövlət sifarişi ilə, ya da hansısa satıcı dostunun sifarişi əsasında avtomobil gətirir.
Qiymətin enməsinə rəğmən, böyük və bahalı avtomobillərin alıcısı yoxdur. Əgər kiçik nəqliyyat vasitələrinin qiyməti 2000-3000 manat düşübsə, böyük avtomobillərdə bu rəqəm 5-7 min manat arasında dəyişir. Bundan əvvəl 2008-ci il istehsalı olan "Toyota Prado”nu 28-30 min manata almaq mümkün idisə, indi bu avtomobillərin qiyməti 21-22 min manata düşüb.
Satıcıların sözlərinə görə, manatın ucuzlaşmasından sonra gəlirləri azalan əhalinin avtomobilə münasibəti də dəyişib. İri mühərrikli, ehtiyat hissələri baha olan, çox yanacaq işlədən avtomobilləri demək olar ki, alan yoxdur. Məsələn, 2006-cı ilin "Lexus LX 350” modeli 21-22 min dollara satılırdısa, hazırda bu avtomobil 14-15 min dollara təklif edilsə də, alan yoxdur.
Yeri gəlmişkən, bazarda "Lexus" markalı avtomobillərə demək olar ki, rast gəlmədik.
"Range Rover” avtomobilinin sahibi onu 16 min dollara təklif etsə də, alıcı qıtlığından şikayət edir: "Range Rover” və "Pajero" çıxarmışıq bu gün. 2008-ci ilin "Range Rover”-i 16 min dollar, "Pajero” 15 min dollar.
Bazarda diqqətimizi daha çox Rusiya istehsalı olan avtomobillər çəkdir. Qiymətlərə gəlincə, "VAZ-2107” 5700 manata, "Niva” 14 500 manatadır.
Satıcıların sözlərinə görə, satılmayan modellər sırasında 2012-2013-cü il istehsalı olan "Wolksvagen Passat” avtomobilləri də var.
Müsahiblərimiz deyir ki, "Lexus”dan "Nissan”a qədər bütün avtomobillər fevral ayında ucuzlaşmaqda davam edib.
Satıcılar bildirirlər ki, hazırda daha çox alınan avtomobillər 5-15 min manatlıq "Mercedes”lər, "VAZ” və köhnə "Opel”lərdir. Bu da həmin avtomobillərin və ehtiyat hissələrinin ucuz başa gəlməsi, istismara davamlı olması ilə bağlıdır.
"Mercedes” və "VAZ” avtomobilləri 700-1000 manata yaxın ucuzlaşıb. Məsələn, 1.8 mühərrikli 1998-ci il model "Mercedes” əvvəl 7 min manata satılırdısa, hazırda 6300-6500 manata təklif edilir. Son vaxtlar məşhur olan "Lada Priora”lar 6500 manatdan 5500 manata kimi ucuzlaşıb. 1995-2002-ci il model furqonlu "Opel”lər isə 1500-4000 manata satılır.
Alıcılar isə qiymətlərin bahalığından, eyni zamanda avtomobillərin qıtlığından gileylənirlər.
İkinci əl avtomobil bazarında durğunluğun digər səbəbi də Avro-4 standartıdır ki, buna görə ölkəyə xaricdən köhnə və qiyməti aşağı olan avtomobilləri gətirmək mümkün olmur. Qiymət baha olduqda isə insanlar avtomobil almaqdan çəkinirlər. Məhz Avro-4 standartı səbəbi ilə ölkəyə gətirilən avtomobillərin sayı 35-40% azalıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi