MM-də ?investisiya fondları haqqında? qanun layihəsi müzakirə edilib

img

10-06-2010 [01:46]


Bu gün Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirilib. İclasda ?İnvestisiya fondları haqqında? qanun layihəsi müzakirə edilib. Komitənin sədri Ziyad Səmədzadə bildirib ki, bu qanun Azərbaycan Respublikasında investisiya fondlarının təşkili, idarə edilməsi və ləğv edilməsi prinsiplərini, qaydalarını və normalarını, habelə investisiya fondlarının fəaliyyəti sahəsində dövlət tənzimlənməsinin və nəzarətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Azərbaycan Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı qanun layihəsinin müddəlarını geniş şərh edib. Müzakirələrdən sonra sənəd Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA